Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Boğaz ağrısı və öskürəyi kəsən, immuniteti gücləndirən çay - GÜNDƏ 2 FİNCAN İÇİN

Kəklikotu ən şəfalı bitkilər arasında yer tutur. Azərbaycanlıların ən sevdiyi bitki çaylarından bəlkə də birincisidir. Milli.Az ailem.az-a istinadən kəklikotu çayının saymaqla bitməyən faydaları barədə məlumat verir.

Boğaz ağrısı və öskürəyi kəsir
 
Kəklikotu çayının boğaz ağrısı və öskürəyə faydası var. Bu kimi şikayəti olanlar yeməkdən sonra gündə bir fincan kəklikotu çayı içə bilər.
 
İmmuniteti gücləndirir
 
Qışda qara çay əvəzinə istifadə edilən kəklikotu çayı qrip və ya müxtəlif infeksion xəstəliklərə qarşı qoruyur. Kəklikotu çayı immuniteti gücləndirərək qripin qarşısını alır.
 
Mədəyə faydası var
 
Kəklikotu çayının qastrit kimi mədə xəstəliklərinə faydalı olduğu deyilir.
 
Depressiyanı aradan qaldırır
 
Aparılan araşdırmalar nəticəsində kəklikotu çayının depressiyaya, beləliklə də, ruh sağlamlığına kömək etdiyi bilinir. Orqanizmdə olan depomin və seretonin hormonlarını hərəkətə keçirdiyindən kəklikotu çayını içənlərin hər hansı bir ruhi problem yaşadıqları görülməyib.
 
Xərçəngin düşməni
 
Tərkibindəki antioksidantlar sayəsində xərçəngə qarşı da savaşmağa kömək edir.
 
Bağırsaq parazitlərini yox edir
 
Balla qarışdırılıb içilən kəklikotu çayının bağırsaq parazitlərini yox etdiyi bilinir.
 
Diş ağrısına kömək edir
 
Kəklikotu çayının ağız qarqarası olaraq istifadəsi diş ağrısının azalmasına kömək edir.
 
Bəlğəmi yox edir
 
Kəklikotu çayının içərisinə bir ədəd limon sıxaraq içdikdə bəlğəmi aradan götürür.
 
Gündə neçə stəkan içmək lazımdır?
 
Digər bitki çaylarında olduğu kimi, kəklikotu çayını da içərkən ölçünü artırmaq olmaz. Alternativ tibb mütəxəssisləri gündə 2 fincan kəklikotu çayının içilməsini məsləhət görürlər.
 
Kəklikotu çayı arıqladırmı?
 
Kəklikotu çayı həzm sisteminə fayda verir və qəbizliyi aradan qaldırır. Sırf bu xüsusiyyəti sayəsində kəklikotu çayı arıqlatma təsirinə malikdir. Eyni zamanda, kəklikotu çayının toksin atıcı təsiri olması bədəndə şişkinlik yaranmasının qarşısını alır. Şişkinliyə qarşı çaylar içmək əvəzinə kəklikotu çayı ilə zərərli toksinləri bədəninizdən ata və sürətli şəkildə arıqlama fürsəti yaxalaya bilərsiniz. Antioksidant xüsusiyyəti sayəsində bədəndə olan yağların yanmasına da nail olacaqsınız.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...