Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Əsla uşaqlarınızın süd dişlərini ATMAYIN! - İnsan orqanizmi üçün İNANILMAZ FAYDA

2003-cü ildə aparılan araşdırmalar zamanı bəlli olub ki, uşaqların süd dişləri kök hüceyrələrinin mənbəyidir. Möcüzə kimi səslənsə də məhz bu dişlərdən gələcəkdə zədələnən orqanların sağlamını yaratmaq olar. Bu isə övladımızın həyatını xilas edə bilər. Bu dişdən kök atan orqan şübhəsiz ki, vücudla uyuşacaq. Axı xəstə ilə donor eyni insandır. Artıq alimlər süd dişindən böyrək, ciyər, sümük hətta ürək də “yetişdirə” bilirlər. İnanmayacaqsınız, amma bərpa edilməyən sinir hüceyrələri də yaratmaq mümkündür.

Mynews.az xarici mətbuata istinadən bildirir ki, bu gün süd dişindən orqan yetişdirmək çox bahalı prosses sayılır. Amma təsəvvür edin ki, 20 il sonra övladınız böyüyəndə qiyməti münasib olacaq.

Ancaq bu o demək deyil ki, süd dişini rəfdə saxlayıb, illər sonra istifadə edə bilərik. İnkişaf etmiş tibb müəssisələri süd dişlərini münbit şəraitdə qorumaq üçün xüsusi kanteynerlər təklif edirlər. Bu qablar maye şəkilində azotla doldurulur. Diş onun içərisində vaxt keçdikcə öz tərkibini dəyişib, kök hüceyrələrə çüvrilir. İllər sonra ehtiyac duyulanda isə laboratoriyalarda orqan hazırlanır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...