Su çiçəyinə bənzər infeksiya yayılıb - ANALAR, QARIŞDIRMAYIN
Koksaki virusları əsasən uşaqlarda olsa da, bəzən böyüklərdə də rast gəlinən virus mənşəli infeksiyadır.
Mynews.az medicina.az-a istinadən bildirir ki, pediatr Altay Abdullaoğlu infeksiyanın ilkin əlamətlərindən danışıb. Bildirib ki, xəstəlik ilkin olaraq qrip kimi başlayır: "Qızdırma, burun axıntısı, boğazda ağrı, halsızlıq və növbəti mərhələdə bədənin müxtəlif yerlərində səpkilər əmələ gəlir. Səpkilər əsasən ağızda, əldə, ayaqda və bədənin digər yerlərində yaranır".
Əksər valideynlər səpkilərə görə bunu su çiçəyi xəstəliyinə bənzədirlər. Əslində isə bu virusun həmin xəstəliklə əlaqəsi yoxdur.
Pediatrın sözlərinə görə, virus keçicidir, əsasən tənəffüs yolu və yaxın təmas vasitəsilə ötürülür.
"Körpələrdə səpkilər yarandıqda valideynlər çox narahat olduqları üçün çox sayda dərman vasitələrindən istifadə edirlər. Amma hər zaman qeyd etdiyimiz kimi, virus infeksiyalarının köklü müalicəsi yoxdur. Virus infeksiyası, diaqnozu qoyulan xəstəlik üçün heç bir antibiotik istifadə edilməməlidir. Bu xəstəlik adətən öz-özünə, heç bir müdaxilə olmadan 7-10 gün ərzində keçir", - deyə A.Abdullaoğlu bildirib.
Nəzərinizə çatdıraq ki, hər bir xəstəlikdə olduğu kimi bu virusda da ağırlaşmalar ola bilər. Altay həkim belə bir halda da antibiotikdən istifadənin tam əleyginə olduğunu vurğulayıb: "Koksaki virusu üçün yalnız simptomatik müalicə aparıla bilər. Yəni temperaturu yüksəkdirsə, bunu aradan qaldırmaq üçün dərman verilməlidir. Halsızdırsa, dincəlməlidir. Ən mühüm məsələ olaraq çoxlu maye qəbul edilməlidir".
Sağlamlıq
- Koronavirus ömrü qısaldır - ARAŞDIRMA
- Qızılca ilə bağlı vəziyyət stabildir - TƏBİB
- Qızılca ilə bağlı xəbərdarlıq - Bu şəxslər ağır keçirir, ölümlə nəticələnir
- Məktəblərdə qızılcaya qarşı hansı tədbirlər görülür? - Nazirlikdən açıqlama
- Azərbaycanın bu rayonunda qızılca xəstəliyi yayılıb - Xəstəxanaya 60-a yaxın müraciət
- Mütəxəssislər xəbərdarlıq edir - Mədəniz çox yeməkdən partlaya bilər
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- “Nar” ilə səyahətdə WhatsApp-da pulsuz yazış! 982 dəfə oxunub
- Emin Ağalarov söz verdi 982 dəfə oxunub
- Moskvada daha bir DƏHŞƏT 980 dəfə oxunub