Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Dodaq çatlarını sağaldan TƏBİİ KREM

Dodaqlarınızı soyuq hava və çatlardan qorumaq üçün təbii yollardan istifadə edin. Milli.Az ailem.az-a istinadən bununla bağlı fərqli resept təqdim edir.

Dodaq kremi üçün lazım olanlar:
 
3 çay qaşığı bal mumu (rəndələnmiş)
1 çay qaşığı bal
30-35 damcı nar suyu
6 çay qaşığı kakos yağı 
Krem qabı
 
Hazırlanması:

 
Bal mumu və kakos yağını bir qaba tökün və qaynayan suyun buxarında əridin. Daha sonra nar suyunu və balı əlavə edin.
Yaxşıca qarışdırın və təmiz krem qabına yığın. Bu təbii kremi hər gün dodaqlarınıza sürtsəniz, çatlardan xilas olarsınız.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...