Qızların bəh-bəhlə geyindiyi bu ayaqqabılar təhlükəlidir? - Mütəxəssis rəyi
Son bir neçə ildir ki, çox yumşaq və içi isti olan uqi ayaqqabılarını qışda gənc qızlar böyük həvəslə alır. Razılaşmaq lazımdır ki, ayaqqabı yumşaq və isti olduğu kimi, həm də rahatdır. Amma bu rahatlığın arxasında dayanan zərərli məqamlar da var.
Ortopedistlər bildirir ki, uqi ayaqqabıları ayaqlar üçün ziyandır. Belə ki, məşhur ortopedik cərrah Yan McDermott (Böyük Britaniyada) deyir ki, uqilər ciddi diz ağrıları yarada bilər. Ona görə ki, bu kimi ayaqqabılar ayağın ehtiyac duyduğu lazımi dəstəyi təmin etmir. Həkimin sözlərinə görə, yumşaq ayaqqabı üzərində gəzən insanın duruşu və bədənin quruluşu dəyişir. Həmçinin dizlər sanki daxildə bir-birinə sürtünür.
Beləliklə, ayaqlara düşən ağırlıqdan dolayı dizlər ağrımağa başlayır. Müəyyən müddətdən sonra xəstənin səhhətinin yaxşılaşması üçün əməliyyata da ehtiyac ola bilər.
Həkim xəbərdarlıq edir ki, bir insanın anadangəlmə zəif sümükləri və bədən quruluşu varsa, uqi və buna bənzər yumşaq ayaqqabı geyinməməlidir. Sağlam insanlara bu kimi ayaqqabılar geyinmək olar, lakin məhdud zaman çərçivəsində, 30 dəqiqədən çox olmamaq şərti ilə. Məsələn, buna evdə geyinə biləcəyiniz yumşaq ev ayaqqabıları aid ola bilər. Lakin küçəyə çıxanda isə ayaqlarımızı düzgün istiqamətdə tuta biləcək ayaqqabı geyinməliyik.
Sağlamlıq
- Yaya qədər arıqlamağın ən asan yolu
- Koronavirus ömrü qısaldır - ARAŞDIRMA
- Qızılca ilə bağlı vəziyyət stabildir - TƏBİB
- Qızılca ilə bağlı xəbərdarlıq - Bu şəxslər ağır keçirir, ölümlə nəticələnir
- Məktəblərdə qızılcaya qarşı hansı tədbirlər görülür? - Nazirlikdən açıqlama
- Azərbaycanın bu rayonunda qızılca xəstəliyi yayılıb - Xəstəxanaya 60-a yaxın müraciət
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 926 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 907 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 598 dəfə oxunub