Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Hepatit B-nin müalicəsi mümkündür, amma... - HƏKİM XƏBƏRDARLIQ EDİR

Hazırda geniş yayılan xəstəliklərdən biri Hepatit B virusudur. Dünyada bu xəstəlikdən əziyyət çəkən insanların sayı artmaqdadır. Son zamanlar hepatit xəstəliyinin sürətlə yayılması bu xəstəliklə mübarizəni gücləndirməyə əsas verir.

Mynews.az lent.az-a istinadən bildirir ki, Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının qastroenteroloqu Vüqar Rəsulovun dediyinə görə, xəstəliyin simptomları solğunluq, saralma, halsızlıq, ürək bulantı, yüksək temperatur və üşümədir: "Amma Hepatit B virusu bir çox insanlarda özünü heç bir simptomla büruzə vermir. Xəstəlik normal yaşam tərzi ilə izlənilir. İnkubasiya müddəti ortalama 24 həftədir. Zəif və qrip bənzəri simptomlarla özünü büruzə verir: bulantı, zəiflik, halsızlıq, iştahsızlıq, hərarət, baş ağrısı, qarın ağrısı kimi. İllər boyu şikayət etməyən insanın qanında və qaraciyərində bu virusun olma ehtimalı var. Ona görə də insanlar bu zaman çox diqqətli olmalıdırlar. Çünki xəstə kəskin forma və ağırlaşmalarla həkimə müraciət etdikdə nəticəyə hasil olmaq çətinləşir. Sonda isə qaraciyər sirrozu və qaraciyər xərçəngi ilə ağırlaşmalara gətirir".
 
Həkim Hepatit B-nin müalicəsinin mümkün olduğunu da deyib: "Amma vaxtında və doğru həkimdə müayinə və müalicə olunmaq şərtdir. Əgər xəstə Hepatit B qaraciyər sirrozu və qaraciyər xərçəngi ilə ağırlaşmayıbsa, bu zaman irəliləyişə nail olmaq olar. Əgər ağırlaşma olubsa belə, yenə də Hepatit B müalicəsi ayrıca aparılmalıdır".

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...