Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Xərçəngin bütün növlərindən qoruyur - "ÖLÜMSÜZLÜK MEYVƏSİ"

İnsan sağlamlığı baxımından önəmli bir yer tutan innab qədim dövrlərdən etibarən alternativ tibb vasitəsi kimi istifadə edilib. İnnabın faydaları nələrdir deyə maraqlanırsınızsa, Ailem.az bununla bağlı məlumat verir.

Çində innab meyvəsini “ölümsüzlük meyvəsi” və “tanrı hədiyyəsi” adıyla tanıyırlar. İnnab həcmcə kiçik meyvə olsa da, tərkibində bol miqdarda vitamin və minerallar var.

Tərkibi A və C vitamini ilə zəngindir. Eyni zamanda kalsium, maqnezium, fosfor və xüsusilə potasium baxımından da inanılmaz dərəcədə zəngindir.

Bütün xərçəng növlərindən qoruyur

İnnabın tərkibində olan bol antioksidant və C vitamini səbəbi ilə xərçəng xəstəliklərində qoruyucu təsiri var.

Sürətli şəkildə arıqlamağa kömək edir

İnnab ən aşağı kalori miqdarına sahib olan meyvələr arasında yer alır. Bu meyvəni yeyərək, həm uzun zaman tox qala bilər, həm də arıqlayarkən itirilən enerjini geri qazanmağı təmin edir.

Həzmi asanlaşdırır

İnnab həzmi asanlaşdıraraq qəbizliyi aradan götürür

Xərçəng və qaraciyər xəstəliklərindən qoruyur

Güclü antioksidant özəlliyi səbəbilə bu kiçik meyvə qaraciyər problemlərindən müxtəlif xərçəng növlərinə qədər bir çox xəstəliyin sağalma müddətində müsbət təsirlər yaradır.

İmmuniteti gücləndirir

Gündə bir ovuc yeyilən innab xüsusilə qışın müxtəlif infeksion xəstəliklərindən qorunmağa və immuniteti sürətli şəkildə gücləndirməyə kömək edir.

Sümük və diş sağlamlığı

Tərkibində bol miqdarda fosfor olması ilə bağlı innab meyvəsinin sümük və diş sağlamlığına faydalı olduğu bilinir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...