Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Yeməkdən əvvəl bir qaşıq bundan için - Möcüzədir...

Mütəxəssislər deyir ki, yeməkdən əvvəl içilən bir qaşıq alma sirkəsi sağlamlığa faydalıdır.

Bütün pəhrizlərə rəğmən çəki ata bilmirsinizsə və bədəninizdəki artıq yağlar kabusunuza çevrilibsə, sizə bir tövsiyəmiz var:

Yeməklərdən əvvəl içəcəyiniz bir qaşıq alma sirkəsi 10 gün ərzində çəki atmağınızı təmin edəcək, ancaq bu prosesi tətbiq edərkən qidalanmağınıza da fikir verin. Ac qalmaq məsləhət deyil.

Alma sirkəsinin tərkibində kalsium, kalium, maqnezium, dəmir və mis var. Belə ki, yeməkdən əvvəl içəcəyiniz bir qaşıq alma sirkəsi bədəndən toksinlərin və zəhərli maddələrin sürətli şəkildə atılmasını təmin edəcək.

Yeməkdən əvvəl bir qaşıq istifadə edilən alma sirkəsi bağırsaqların sürətlə işləməsini təmin edir. O faydalı bakteriyalara zərər vermədən zərərli toksinlərin bağırsaqlarınızdan atılmasına yardımçı olacaq. Eyni zamanda, yeməklərdən əvvəl bir stəkan ilıq suyun içərisinə bir şorba qaşığı alma sirkəsi əlavə edib, çəki ata bilərsiniz. Bu qarışıqdan günorta və axşam yeməklərinizdə için. Qarışığa 10 gün davam edin, 15 gün ara verib təkrar istifadə edə bilərsiniz.

Qeyd edək ki, alma sirkəsinin mütləq təbii və qatqısız olması vacibdir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...