Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bizi ZOB xəstəliklərindən qoruyan VACİB MADDƏ - Yod deyil!

Hamı bilir ki, yod qalxanabənzər vəzinin fəaliyyəti üçün çox vacibdir və bu mineralın çatışmamazlığı zob xəstəliklərinə səbəb olur.

Lakin yoddan əlavə digər vacib maddə var ki, bu maddə də qalxanabənzər vəzinin normal fəaliyyətində böyük rol oynayır.

Mynews.az saglamolun.az-a istinadən bildirir ki, bu selendir. Selen qalxanvari vəzi tərəfindən sintez edilən T4 hormonunun T3 hormonuna çevrilməsində iştirak edir və həmçinin qalxanabənzər vəzinin hüceyrələrini qoruyur. Araşdırmalar göstərir ki, hətta yodun normal qəbulu zamanı selenin çatışmamazlığı qalxanabənzər vəzinin hüceyrələrinin fibrozuna səbəb olur.

Beləliklə, qalxanabənzər vəzinin sağlamlığı üçün tək yod deyil, selen də olduqca vacibdir. Alimlərin fikrinə görə, məhz selenin çatışmazlığı vəzdə düyünlərin əmələ gəlməsinə səbəb olur.

Həmçinin selen immun və cinsiyyət sistemləriinin normal fəaliyyəti, dəri və dırnaqların sağlamlığı üçün çox vacibdir.

Selen bu kimi qida məhsullarında çoxdur:

- sarımsaq
- fıstıq
- braziliya qozu
- kokos (kokos yonqarı)
- buğda kəpəyi
- göbələk
- pendir
- dəniz balığı
- tam taxıl çörəyi
- yumurta
- ət.

Bəzi hallarda selen əlavə olaraq həkim tərəfindən təyin oluna bilər.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...