Yuxu dərmanlarının tərkibində - AĞIR MADDƏLƏR tapıldı
Kanadalı alimlər yuxusuzluğu müalicə edən preparatlardan müntəzəm istifadənin zərərli olduğunu bildirirlər.
Mynews.az publika.az-a istinadən bildirir ki, yuxu dərmanlarının tərkibindəki aktiv maddələrin dozası çox vaxt artıq olduğuna görə sağlamlıq üçün böyük təhlükə törədir.
Ekspertlər 16 məşhur markaya məxsus 31 dərmanın tərkibini araşdırarkən müəyyən ediblər ki, onların çoxu istehsalçıların iddia etdiyi kimi, heç də qida əlavəsi deyildir. Bundan əlavə, bu preparatların tərkibində ağır maddələr tapılıb.
Tədqiq olunan preparatların 71 faizində melatonin dozası aşkarlanıb. Bununla yanaşı, bəzi preparatlarda yuxu hormonunun miqdarı 83 faiz az, digərlərində isə 47 faiz çox olub.
Alimlər onu da müəyyən ediblər ki, bəzi yuxu dərmanlarının tərkibində serotonin var. Bu iki maddənin dozasının çox olması orqanizmdə ağır fəsadlar törədir. Məsələn, ürəyin fəaliyyətinin pozulması nəticəsində qızdırma, bayılma və hətta ölüm halları baş verə bilər.
Sağlamlıq
- Yaya qədər arıqlamağın ən asan yolu
- Koronavirus ömrü qısaldır - ARAŞDIRMA
- Qızılca ilə bağlı vəziyyət stabildir - TƏBİB
- Qızılca ilə bağlı xəbərdarlıq - Bu şəxslər ağır keçirir, ölümlə nəticələnir
- Məktəblərdə qızılcaya qarşı hansı tədbirlər görülür? - Nazirlikdən açıqlama
- Azərbaycanın bu rayonunda qızılca xəstəliyi yayılıb - Xəstəxanaya 60-a yaxın müraciət
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 933 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 913 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 905 dəfə oxunub