Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Səhər acqarına 1 stəkan su içmək nə üçün - FAYDALIDIR?

Bir çox elmi araşdırmalar sübut edir ki, suyun kifayət miqdarda qəbulu ürək-damar sistemi xəstəliklərinin, maddələr mübadiləsi pozulmaların, hətta xərçəngin profilaktik tədbirlərindən biridir.

Maye dedikdə ilk növbədə adi təmiz su nəzərdə tutulur.

Mynews.az saglamolun.az-a istinadən səhər acqarına 1 stəkan su içməyin faydalarını təqdim edir:

1. Yuxu zamanı insan orqanizmi maye itirir, orqanizmdə susuzlaşma başlayır. Bu səbəbdən səhər acqarına 1 stəkan su içmək orqanizmdə çox vacib olan su balansını bərpa edir.

2. Su mədə-bağırsaq sistemini "oyadır", işə salır. Bu isə qəbizliklə mübarizədə kömək edir.
3. Səhər acqarına içilmiş  1 stəkan su bizi daha gümrah edir, iş qabiliyyətimizi artırır, əhval-ruhiyyəni yaxşılaşdırır.
4. Bu dərinin sağlamlığı və gözəlliyi üçün çox faydalıdır.
5. Orqanizmi ziyanlı maddələrdən təmizləyir, arıqlamağa kömək edir.   
6. Ürək-damar sisteminin işini yüngülləşdirir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...