Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Havalandırılmayan ev xərçəngə səbəb olur

Müntəzəm olaraq havalandırılmayan evlərdə radon qazının meydana gəldiyini ifadə edən dr. Meftun Ünsal, ağciyər xərçəngi hadisələrinin 15%-nin radon qazından qaynaqlandığını söylədi.

Mynews.az deyerler.org-a istinadən bildirir ki, xüsusilə qış aylarında evlərin nizamlı olaraq havalandırılmasına ehtiyac olduğunu ifadə edən professor Meftun Ünsal, zirzəmi və giriş mərtəbələrdəki evlərdə radon qazı nisbətinin çox ola biləcəyini ifadə etdi. Radon qazının ağciyər xərçənginə səbəb olduğunu vurğulayan M.Ünsal, bütün xəstəliklərə qarşı xüsusilə qışda evlərin nizamlı olaraq havalandırılmasının zəruri olduğunu ifadə etdi.

Evlərin içində paltar asılmamalıdır

Qışda hava çirkliliyinə diqqət yetirilməsinin zəruri olduğunu ifadə edən professor Meftun Ünsal dedi: "Xüsusilə xroniki ağciyər xəstələrinin çirkli havada olmamalıdır. Evlər kifayət edəcək miqdarda havalandırılmalıdır. Yemək bişirmə sıxlığına diqqət yetirilməlidir. KOAH, astma xəstələri, qrip peyvəndlərini mütləq etməlidirlər. Qışda zərurət yoxdursa çölə çıxmamaldırlar. Evdən çıxarkən soyuqdan qorunacaq paltarları seçmələri lazımdır. Evlərin içində paltar asılmamalıdır. Hər nə qədər paltarlar yuyulsa da, qalan yuyucu tozun artıqları buxarlaşıb havaya qarışır. Bu da insanlar üçün çox zərərlidir. Sobalı evlərdə oturan xəstələr də diqqətli olsunlar. Yuyucu və paltar suları ilə təmizlənən evlər yaxşı bir şəkildə havalandırılmalıdır".

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...