Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Qalxanabənzər vəzin düzgün fəaliyyətini evdə özünüz müəyyən edin - ən sadə üsulla

Bu sadə və inanılmış üsul barəsində hələ 50 il əvvəl alim Otto Barns məlumat vermişdi. Bizimyol.biz Rusiya KİV-lərinə istinadən marağınızı çəkəcək məlumatı diqqətinizə çatdırır. Bədən temperaturu qalxanabənzər vəzin necə işləməsini göstərən ən dəqiq indikatordur. Lakin bir nüans var. Temperaturu yataqdan qalxmadan ölçmək lazımdır. Yataqdan qalxmadan qeyri- normal bədən temperaturu qalxanabənzər vəzin iltihab prosesinin ilk əlamətidir.

Termometri axşamdan yatağınızın yanına qoyun. Civə sütunu 35 dərəcəni göstərməlidir.Yuxudan ayılan kimi termometri qolunuzun altına qoyub 10 dəqiqə saxlayın. Nəticəni qeyd edin. Temperatur 36,5-36,8  dərəcə intervalında olarsa demək hər şey qaydasındadır.

Temperatur 36,5 dərəcədən aşağıdırsa demək sizdə hipotireoz əlamətidir. Bu o deməkdir ki, qalxanabənzər vəz lazım olduğundan ləng işləyir. Buna görə siz xroniki yorğunluq, depressiya, diqqətsilik, yaddaşsıslıq, tez -tez soyuqlama kimi xəstəliklərdən əziyyət çəkirsiniz. Saçlarınız, qaşlarınız tökülür.

Əgər temperatur 36,8 dərəcədən çoxdursa  demək ki, qalxanabənzər vəz həddən artıq fəaliyyəət göstərir. Orqanizmdə güclü iltiabi proses gedir.Yəni xəstələnmisiniz və müalicə almırsınız.

Nəticəni  dəqiq bilmək üçün bir neçə gün ard -arda yoxlayın. Unutmayın qalxanabənzər vəzin normal fəaliyyəti üçün düzgün qida rasionu da vacibdir. A vitamini, selen, maqneziumla zəngin qidalardan  hər gün istifadə edin.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...