Nar qabıqlarını atmayın - MÜALİCƏVİ ÇAY

Olduqca ləzzətli və faydalı olan narın tək dənələri deyil, qabığı və pərdələri də sağlamlığa olduqca xeyirdir. Qabıqları ilə dəriyə qulluq maskaları hazırlaya biləcəyiniz narı başqa necə istifadə etmək olar?
Mynews.az ailem.az-a istinadən bununla bağlı faydalı məsləhətlər verir.
C vitamini baxımından olduqca zəngin olan nar dərinin kollagen formasını dəstəkləyərək daha parlaq və sağlam bir görünüş verir. Nar suyunun dəri hüceyrələrini yeniləyərək müxtəlif dəri xəstəliklərinə də faydalı olduğu sübut olunub.
Nar qabığının tərkibində olan ellagik turşu xərçəngi də müalicə etməyə yardımçı olur. Evdə özünüz də dəmləyə biləcəyiniz nar qabığı çayı ilə dəri, pankreas kimi ciddi xərçəng növlərinin qarşısını ala və ya müalicə etməyə köməkçi ola bilərsiniz.
Nar qabıqları pis xolesterolu da aşağı salır. Diş sağlamlığı üçün də faydalı olan nar qabıqları bir çox diş məcunlarının ana maddəsidir.
Nar qabığı çayı necə dəmlənir?
Narın qabıqlarında olan ağ hissələri ayırın və qabıqları qəzetə büküb günəş görməyən nəmsiz bir şəraitdə saxlayın. Quruyan nar qabıqlarını ovxalayaraq, bir fincana tökün, üzərinə isti su əlavə edin və 3-4 dəqiqə dəmləyin.
Nar qabıqları ilə saça qulluq
Nar qabıqları qaynadılıb saça sprey olaraq vurulduqda olduqca yararlıdır. Saç uclarını və saç köklərini qidalandırıb nəmləndirən nar qabıqları saçları uzatmağa da kömək edir.
Sağlamlıq
- TƏBİB-dən vaksinin effektivliyi ilə bağlı açıqlama - MİNİMUM 1 İL
- Baş infeksionistdən uşaqlarla bağlı HƏYƏCAN TƏBİLİ
- Koronavirusla bağlı SON STATİSTİKA
- SON DƏQİQƏ! TƏBİB mühüm məlumat yaydı - Koronavirusun yeni növü...
- Azərbaycanda daha 13 nəfər koronavirusdan öldü - 118 yeni yoluxma - FOTO
- Azərbaycanda koronavirusa yoluxanların sayı bu gün də azaldı
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Bakıda marketdən “E-manat”ı belə oğurladılar - ANBAAN VİDEO 906 dəfə oxunub
- Xaricdən onlayn sifariş edilən məhsullar niyə gec gəlir? - Komitə sədrindən açıqlama 905 dəfə oxunub
- Türkiyəyə getmək istəyənlərin nəzərinə - MÜDDƏT UZADILDI 596 dəfə oxunub
- Metro açıla bilər: infrastrukturda yoxlamalara başlanıldı 594 dəfə oxunub
- Azərbaycanda sərt karantinlə bağlı daha bir açıqlama 592 dəfə oxunub