Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Bütün qarın piyləri üzə çıxıb"... - Sakitlik və şərab -MÜSAHİBƏ

Mynews.az Metbuat.az -ın teleaparıcı, yazar Yeganə Cansaillə olan müsahibəsini təqdim edir:

-Səncə, hər apacının öz tərzi olmalı deyilmi?

-Təkcə, aparıcılar deyil, ümumiyyətlə, sənət adamları fərqli və özünəməxsus olmalıdırlar. İndi insanları təəccübləndirmək çətindir.

-Efirdə özünü bəyənirsən?

-Yox. Heç vaxt efirdə özümü bəyənmirəm, hədsiz dərəcədə özümü tənqid edirəm. “Kaş bu hissədə bu fikri deməzdim”, “kaş saçımı biraz başqa cür yığardım”.

-İzləyici ilə səmimi olduğunu düşünürsənmi?

-Səmimiyyət mənim üçün öndə duran məsələdir. Bu təkcə tamaşaçı ilə ünsiyyətdə deyil, mənim həyat tərzimdə də belədir. Çox səmimi insanam. Bəzən bu xüsusiyyətim başıma bəla olur. Səmimi olub söz deyirəm, baxıram ki, həmin adam üz döndərib.

-İrad və tənqidlərə dözümlü ola bilirsən?

-Düzünü desəm təndiqlərə və iradlara qarşı dözümlü deyiləm, amam səbr nümayiş etdirirəm. Tənqid o vaxt təndiq olur ki, sən ondan nəticə çıxarırsan. Bizim tamaşaçı mədəniyyətimiz aşağıdır. Tənqidlə təhqiri səhv salırlar.

-Geyimlərində və makyajında xüsusi diqqət elədiyin nüanslar nələrdir?

-Bütün hallarda sadə və şıq görünməyə üstünlük verirəm. Efirdə olduğumuz üçün geyimimiz, makiyajımız da gözəl, eleqant olmalıdır ki, tamaşaçının gözünü oxşayasan, sənə baxmaq istəsin. Bəzən efirə baxırsan aparıcı o qədər ətli qanlıdır ki, hələ dar paltar da geyinib bütün qarın piyləri üzə çıxıb. Sənə efir meydanı verilir, niyə özünü bu gündə təqdim edirsən axı, ay bacı?

-Arada köşələr də yazırsan. Aparıcı üçün yazı yazmaq tələbatdırmı?

-Mən aparıcılıqdan öncə yazı ilə, ədəbiyyatla məşğul olmuşam. Bir şeir kitabım da illər öncə çap olunub. Sonra televiziyaya gəldim. Aparıcı həm də yaza bilirsə, bu onun üstünlüyüdür.

-Kitab oxumaq üçün vaxt məhdudluğu yaşadığını söyləyən efir adamlarına münasibətin necədir?

-Mən fikirləşmirəm ki, onların vaxtı yoxdu deyə kitab oxumurlar. Sadəcə həvəsləri yoxdur desələr, daha səmimi olarlar. Gizlətmirəm, hardasa 3-4 ay olardı ki, kitabla aramız soyumuşdu. Tənbəllik edirdim, həm də biraz səbrsiz olmuşam, ötən aydan mütaliə aclığını hiss etdim. Yenidən kitab oxuyuram. Demək olar ki, günaşırı.

-Sənin fərqin nədədir? Mən “məhz bunlara görə efirdə olmalıyam” dediyin nüanslar nələrdir?

-Mənim belə bir iddiam yoxdur, amma suala cavab üçün deyərdim ki, intellekt səviyyəmə çox güvəndiyim üçün.

-Daim dəyişməyə və yenilənməyə çalışırsan. İzləyicilərini hansı yeniliklər gözləyir?

-Mən yenilikləri çox sevirəm. Eynilikdən yorulan adamam. Gah saçımın rəngini dəyişirəm, gah onları kəsirəm və s. İzləyicilər yenidən“Ferma” şousunu görmək istəyirlər. Amma bu layihə artıq bitib. Görünür tamaşaçı sevgisi bitmir.

-Sən gözəlsən? Gözəllik və cazibə anlayışlarını necə fərqləndirirsən?

-Mən düşünürəm ki, gözəl yox, cazibədaram. Çünki özümdən gözəl qızları görəndə deyirəm ki, ay Allah, mən niyə belə gözəl deyiləm, amma cazibəm məni xilas edir.

-İndi aparıcılar həm də serial və kinolara çəkilir. Buna münasibətin necədir? Sənin də belə planların varmı? –

-Aktrisa kimi özümü film və seriallarda sınamaq istərdim. Bunun üçün də gərək kastinqlərə qatılasan. Mən isə gözləyirəm ki, rejissorlar özləri mənə hansısa rolu təklif etsinlər. Mən də gedib oynayım.

-İnsanlarla anlaşa bilməyəndə səni nələr sakitləşdirir?

-Sakitlik və şərab.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...