Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bu dərman kişilərdə SONSUZLUĞA səbəb olur

Kopenhagen Universiteti  (Danimarka) alimləri populyar ağrıkəsici və hərarətsalan dərmanının ciddi yanaşı təsirini aşkar ediblər.

Mynews.az  saglamolun.az-a istinadən bildirir ki, araşdırmaların nəticələrinə görə, ibuprofenin qəbulu kişilərdə sonsuzluğa səbəb ola bilər.
Eksperimentdə yaşı 18-dən 35 qədər olan 31 kişi iştirak edib. Onlar 2 qrupa bölünüb. Birinci qrup hər gün ibuprofen, 2-ci qrup isə plasebo qəbul edirdi.
2 həftədən sonra ibuprofen qəbul edən kişilərdə əsas kişi hormonu olan testosteronun sintezində azalma müşahidə olunub ki, bu da gələcəkdə sonsuzluğun inkişafına səbəb ola bilər.
Bu səbəbdən alimlər ibuprofeni tez-tez və böyük dozalarda qəbul etməyi tövsiyə etmirlər.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...