Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Yapon qadınların cavanlıq sirri - evdə hazırlayın, 10 yaş gəncləşin

Əsrlər boyu yapon xanımların yaşlarından kiçik görünmələri, təmiz və tarıma çəkilmiş dəriyə malik olmaları dünyanın hər yerində bütün xanımların diqqətini çəkib. Bu gün Bizimyol.info sizə yapon  qadınların gözəllik sirri barəsində məlumat verəcək. Hər kəsin evində olan bu sadə və ucuz ərzaq məhsulları ilə siz də öz xarici görünüşünüzə diqqət yetirə, əbədi gənclik iksirinə malik ola bilərsiniz. Bunun üçün sizə düyü, süd və bal lazımdır.

Düyü  güclü antioksidant olan linoleik və skualenl turşularının mənbəyidir. Bu turşular insanın dərisi altında  dərinin  gəncliyini və təravətini qoruyan kollogenin hazırlanmasına yardım edir. Həmçinin düyünün  tərkibində mövcud olan E vitamini ürəyi qorumaq, qanda xolestrinin miqdarını azaltmaq kimi xüsusiyyətlərə malikdir. Bir sözlə  düyü inanılmaz gəncləşdirici xüsusiyyətlərə malikdir.

Gəncləşdirici maska hazırlamaq üçün sizə 3 xörək qaşığı düyü,1 xörək qaşığı süd, 1 qaşıq da bal lazımdır. Düyünü qaynadıb soyudun, Suyunu süzüb ayrıca bir qabda saxlayın. Qaynadılmış düyünü əzin, süd və balı ilıq  vəziyyətə gətirib qarışdırın. Üzü təmiz yuduqdan sonra quruyana qədər saxlayın. Üzünüzü yumaq  üçün düyünü qaynatdığınız sudan istifadə edin. Düyü həlimi də güclü antioksidant olub  cavanlaşdırıcı , dartıcı  xarakterə malikdir. O piqment ləkələrini aparır, iltihabları aradan qaldırır. Həmçinin günəş vannasından öncə də düyü suyu yaxşı vasitə ola bilər. Yaxşı nəticə almaq üçün həftədə  ən az iki dəfə bu maskadan istifadə edin və 10 yaş cavanlaşın.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...