Alimlər ürək üçün ən faydalı yağı təyin ediblər

Kembric Universiteti (Böyük Britaniya) alimləri araşdırma nəticəsində ürək üçün ən faydalı yağı təyin ediblər.
Mynews.az saglamolun.az-a istinadən bildirir ki, alimlərin fikrinə görə, 4 həftə ərzində kokos yağını istehlak edən insanda ürək xəstəlikləri və insultun riski azalır.
Araşdırmada yaşı 50-dən 75 qədər olan 94 insan iştirak edib. İştirakçıları 3 qrupa bölüblər. Qruplardan birinə hər gün 3 x.q. zeytun, digər qrupa kokos, üçüncü qrupa isə kərə yağını istehlak etməyi tövsiyə ediblər.
4 həftədən sonra zeytun yağını istehlak edən qrupda "pis" xolesterolun səviyyəsi bir qədər azalıb, "yaxşı" xolesterolun səviyyəsi isə 5% artıb.
Kokos yağı istehlak edən iştirakçılarda yaxşı xolesterolun səviyyəsi 15% artıb ki, bu da ürək-damar xəstəliklərinin, infarkt və insultun riskinin xeyli azalması deməkdir.
Kərə yağının istehlakı isə müsbət nəticələr göstərməyib.
Sağlamlıq
- Azərbaycanda daha 13 nəfər koronavirusdan öldü - 118 yeni yoluxma - FOTO
- Azərbaycanda koronavirusa yoluxanların sayı bu gün də azaldı
- Azərbaycanda koronavirusla bağlı şad xəbər: Yoluxma xeyli azaldı
- Azərbaycanda son sutkada COVID-19-a yoluxanların sayı açıqlandı
- Azərbaycanda koronavirusdan ölənlərin sayı rekord həddə çatdı
- TƏBİB-dən qurumun paketləri ilə satışa çıxarılan koronavirus dərmanları ilə bağlı RƏSMİ AÇIQLAMA
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- DYP-dən hava şəraiti ilə bağlı növbəti XƏBƏRDARLIQ 955 dəfə oxunub
- GÜNÜN PİS XƏBƏRİ! Daha bir tərxis olunan əsgər faciəvi şəkildə öldü 933 dəfə oxunub
- Azərbaycanda daha 13 nəfər koronavirusdan öldü - 118 yeni yoluxma - FOTO 932 dəfə oxunub
- Qanla yazılan şanlı tarix - VİDEO 931 dəfə oxunub
- 20 Yanvar günü Bakıda havaya fişəng atan şəxs saxlanıldı 918 dəfə oxunub