Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Orqan transplantasiyası ilə bağlı müraciətlərin sayı çoxalıb

Milli Məclisin Səhiyyə komitəsinə orqan transplantasiyası ilə bağlı edilən müraciətlərin sayı çoxdur.

Mynews.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədriƏhliman Əmiraslanov komitənin bugünkü iclasında çıxış edərkən deyib.

Onun sözlərinə görə, komitəyə daxil olan müraciətlər, əsasən, ödənişsiz əməliyyatların aparılması, orqan transplantasiyası ilə bağlıdır.

Ə.Əmiraslanov bildirib ki, uşaqların bəzilərində anadangəlmə ürək qüsurları olur: "Bunun üçün bu ilin dövlət büdcəsindən maliyyə vəsaiti ayrılıb".

Ə.Əmiraslanov qeyd edib ki, 2018-ci ilin yaz sessiyası ərzində "Psixoloji yardım haqqında", "Reproduktiv sağlamlıq haqqında",  "Optika və optikaçılıq haqqında", "Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında" qanun layihəsi ilə bağlı dinləmələr həyata keçiriləcək.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...