Qadın bezlərindən istifadə edərkən diqqətli olun - Şok fəsadlar
29 yaşlı kaliforniyalı modelin hər iki ayağı amputasiya edilib.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, 2012-ci ildə Lauren adlı qadın ağır xəstəlikdən əziyyət çəkib. İlk başda sadəcə qrip olduğunu düşünən 24 yaşlı qadın, müayinəyə getdiyi zaman acı gerçək ilə üzləşib.
Məlum olub ki, qadın nadir görülən toksiki şok sindromuna yoluxub. Laurenə bu infeksiyaya istifadə etdiyi qadın bezindən keçib. Bir həftə komada qalan Laurenin oyanan kimi sağ ayağı amputasiya edilib.
O, başına gələnlərdən sonra bütün qadınları xəbərdarlıq edərək, “Heç bir qadın bu dəhşətləri yaşamamalıdır. Bunun üçün diqqətli olmalarını istərdim. Bir neçə ay içində digər ayağım da kəsilə bilər”, deyib.
Daha sonra model həmin pedləri istehsal edən markaya qarşı mübarizəyə başladığını qeyd edib. Bütün müayinələrə baxmayaraq, onun digər ayağı da amputasiya edilib.
Qeyd edək ki, dünyada bir çox qadın bu problemlə üzləşir. Vaginal tampon və müxtəlif qadın bezlərindən düzgün istifadə olunmayan zaman bakteriyala yoluxmaq təhlükəsi yaranır. Pedləri uzun müddət dəyişdirmədikdə bakteriyalar üçün əlverişli mühit yaranır.
Toksiki şok sindromunun əlamətləri isə, qəfil yüksələn qızdırma, baş ağırısı, ürəkbulanma, qusma, bədəndə qaşıntı yaranması, oynaq ağrılarıdır.
Sağlamlıq
- Yaya qədər arıqlamağın ən asan yolu
- Koronavirus ömrü qısaldır - ARAŞDIRMA
- Qızılca ilə bağlı vəziyyət stabildir - TƏBİB
- Qızılca ilə bağlı xəbərdarlıq - Bu şəxslər ağır keçirir, ölümlə nəticələnir
- Məktəblərdə qızılcaya qarşı hansı tədbirlər görülür? - Nazirlikdən açıqlama
- Azərbaycanın bu rayonunda qızılca xəstəliyi yayılıb - Xəstəxanaya 60-a yaxın müraciət
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 987 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 960 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 949 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 949 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 946 dəfə oxunub