Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Babasilin müalicəsində XALQ TƏBABƏTİ VASİTƏLƏRİ

Babasil ən yayılmış xəstəliklərdən biridir. Babasilin ilkin mərhələlərində xalq təbabəti vasitələri çox yaxşı kömək edir, xəstəliyin inkişafını ləngidir.

Müalicəvi otlarla oturaq vannaları bu vasitələrdən biridir. Mynews.az saglamolun.az-a istinadən bu üsulu təqdim edir:

At şabalıdı, palıd qabığı, çobanyastığı və adaçayı otlarından hərəsindən 2 x.q. olmaqla götürün, qarışdırın, üzərinə yarım l qaynar su tökün, 1 saat ərzində dəmləyin, yaxşı süzün. Vannaya ilıq su tökün, dəmləməni əlavə edin və bu suda 15-20 dəqiqə oturun. Belə vannaları hər gün 1 həftə ərzində edin.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...