Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Qulaq çubuğunda olan 5 təhlükə

Qulaq yolunda cızıq ya da zədələnmə meydana gələ bilər.

Xüsusilə yaz aylarında hovuz, dəniz və duş qəbul edən vaxt su ilə təmas artanda qulağı tez-tez təmizləməyə ehtiyac hiss edən və qulaq çubuğu ilə təmizləyən insanlar, qulaq yolunda gözlə görülməyən bəzi cızıqlara, zədələnmələrə yol aça bilər. Həmin zədələnmələr və çatlar da çirkli maddələrin qulaq yolunda iltihaba səbəb ola bilər, bununla da qulaq çox asan infeksiyaya tutula bilər.

Qulaq çirki daha da dibə gedə bilər

Mynews.az deyerler.org-a istinadən bildirir ki, normal halda qulaq yolu qəhvəyi rəngdə maddə ifraz edir. Qulaq yolunu infeksiyalardan qoruyan bu ifrazat qulaq yolu tərəfindən çölə atılır. Amma biz onu gündəlik həyatımızda görməyə bilərik. Çölə atılmasında problem olarsa, bu ifrazat içəridə yığıla bilər. Yığılan ifrazatı, qulaq çubuğu ilə təmizləməyə çalışanda, tam əksi baş verə bilər və yığılan ifrazat daha da dərinliyə gedərək orada kütlənin yığılmasına yol aça bilər, və qulaq yolu kanalı bağlana bilər.

Eşitmə qabiliyyətinin itməsinə yol aça bilər

Qulaq təbii quruluşu ilə özünü təmizləmə xüsusiyyətinə malikdir. Qulaq çirkləri, əslində düşündüyümüzün əksinə olaraq qulağımız üçün faydalıdır. Ancaq qulaq çubuğu ilə bu faydalı çirklərə müdaxilədə edərək zərər verə bilərik. Məsələn qulaq çubuğunu istifadə edərkən qulaq tıxanmalarına, hətta eşitmə qabiliyyətinin itməsinə səbəb ola bilərik.

Qulaq pərdəsini deşə bilərik

Qulaq pərdəsi təxminən 2.5-3 santimetr irəlidə yerləşir. Ani və həddindən artıq təzyiq dəyişiklikləri, partlama, həddindən artıq səs, zədə, yumruq atma və zərbə kimi səbəblərlə qulaq pərdəsi deşilə bildiyi kimi qulağın, qulaq çubuğu və ucu iti bir alətlə qurdalanılması nəticəsində də, qulaq pərdəsi zərər görə bilər və deşilə bilər.

Göbələyə səbəb ola bilər

Qulaq çubuqları adətən qulaq çömçəsindəki qıvrımlı yerlərin təmizlənməsi məqsədilə çıxarılmasına qarşı, qulaq kanallarının içini təmizləmək üçün dərinliklərə soxulduğunda qulağın öz-özünü təbii yolla təmizləmə mexanizmini pozur. Bu vəziyyətdə buşon deyilən strukturların ortaya çıxmasına səbəb olur. Buşon strukturları da su ilə təmas etdikdə göbələk inkişafına səbəb ola bilər. Qulaq çubuqları qulağımızda təmizlik olaraq yalnız ən xarici qisimin nəmini götürmək ya da qurulamaq məqsədli istifadə edilə bilər. Amma qulaq çirki səbəbilə qulaqda bir tıxanma olduqda, mütəxəssis tərəfindən çirkin təmizlənməsi ən doğru üsuldur

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...