Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Xərçəngin düşməni olan qidalar - Bunlardan yeyərək özünüzü qoruyun - FOTOLAR

Xərçəngə qarşı ən böyük silah düzgün qidalanmaqdır.

Kolgemedia.az xəbər verir ki,  xərçəngdə ən təsirli və ucuz müalicə o xəstəliyə tutulmamaqdır. Məhz ona görə də özünüzün həkimi kimi nə yeyib, nə içdiyinizə ciddi fikir verməlisiz. Sarıkök, brokoli, gül kələmi,  Brüssel kələmi, soğan, sarımsaq və Omega 3 mənbəyi balıqları nizamlı istehlak edərək bəzi xərçəng növlərindən qorunmaq mümkündür. 

 İşin sirri ideal kilo və həftədə 150 dəqiqə idmanla məşğul olmaqdır.  

Xərçəngin yaranmasında genetik amillərin də təsiri əsas rol oynayır. Qidalanma vərdişi, fiziki aktivliyin az olması, spirtli içki və tütündən istifadə kimi irsi olmayan amillər ciddi risk faktorlarıdır. Amerika Xərçəng Dərnəyi bildiri ki, sağlam pəhrizlə ideal çəkinizi qoruyub, böyüklər üçün həftədə ən az 150 dəqiqə idmanla məşğul olmaqla, irsi olmayan faktorlardan uzaq durmaqla xərçəngə tutulma riskini aşağı endirə bilərsiz.

Üzvi olmayan qida maddələrində yüksək miqdarda kimyəvi maddələr olduğunu unutmayın.

Bu səbəblə ən yaxşısı hər mövsümün tərəvəz və meyvələrini istehlak etməkdir. Bundan başqa, unlu və şəkərli qidalardan uzaq durmaq,  həftədə yarım kilodan artıq ət istehlak etməmək lazımdır. Gübrəsiz və geniş dəyişilmiş qidalardan da uzaq durulmalıdır.   

Xərçəngdən qoruyan qidalar

 Sarımsaq: Sarımsağın fəal komponenti olan di-alil-disülfidinin həm şiş əmələ gəlməsini həm şiş inkişafını əngəllədiyi bildirilir.

 Omega 3 mənbələrindən (kilkə, stavrida, skumbriya kimi suyun üzündə olan dəniz balıqları) Həftədə 2-3 dəfə istehlak edilməsində fayda var.

  Qoz: Hər gün 3-4 ədəd istehlak edilərsə, xərçəngdən qoruyar.

Qırmızı meyvələr: Qaragilə, böyürtkən, çiyələk, qara üzüm, nar kimi qırmızı meyvələrin tərkibindəki fenolik və flavonoid kimi bioaktiv komponentlərin sayəsində anti-xərçəng xüsusiyyətə malikdir. Gündəlik meyvə istehlakının orta hesabla 2-3 pay olduğunu düşünsək, bunun 1 payını qırmızı meyvələrə üstünlük vermək lazımdır.

Turpkimilər fəsiləsi 

Brokoli/ Brüssel kələmi, gül kələmi: Bu tərəvəz qruplarından həftədə 3 dəfə istehlak etmək xərçəngə qarşı qalxan rolunu oynayır. Gül kələmində olan sulforofan və indol-3 carbinolun şiş hüceyrələrinin böyüməsini ləngitdiyi sübut edilib. Mədəsi həssas olmayanların çiy istehlak etməsi təklif edilir.

 Soya lobyası və ya soyada ostrogenik hormonlar var və bu da sidik kisəsinin xərçəng xəstəliyini qarşısını alır. Dəfələrlə bu təsir sübut edilib. Ancaq döş  xərçəngində də istifadəsi  lazım olan qidalar qrupunda yer alır.

 Yaşıl çay: Yaşıl çaydakı epigallokateşin-3-gallat (ECGC) başda olmaqla katexin qarışıqlarının xərçəng önləyici təsirləri var.

 Kefir: Saccoromyces, steptoccoccus, cremoiris və betabacterium caucasum kimi bəzi faydalı göbələk və bakteriya qatışıqlarını ehtiva edən kefir immun sistemini gücləndirərək qoruyucu təsir yaradır.

 Sarıkökdəki kurkumin maddəsi, antiinflamatuar və antioksidant təsiri  olduğuna görə, müxtəlif xərçəng növlərinin müalicəsində istifadə edilir

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...