Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Gurultu ürəyin sağlamlığına təsir edir

Səs-küy, gurultu kimi ətraf mühitin təsirləri ürəyin sağlamlığına və təzyiqə mənfi təsirləri var.

“A24.az” xəbər verir ki, şəhərlərin başlıca olaraq gətirdiyi sıxıntılardan biri nəqliyyatın sıxlığı və insanlardan dəfələrlə yüksək olan, sıxlıq yaradan göydələnlərdir.

Araşdırmalar sübut edir ki, hər gün yolda avtomobillərin gurultulu səsinə məruz qalmaq insan səhhətinə heç də yaxşı təsir etmir. Həyatımızın bir hissəsi olan nəqliyyatdan, gurultudan və sıxlıqdan uzaqlaşmaq olduqca çətin olsa da bu əslində bizə şəhər həyatının mənfi təsirini ortaya qoyur.

“The Journal of the American College of Cardiology”də yayımlanan məqalədə, avtomobil yolundakı səslərin və şəhərdəki gurultunun ürəyi çox narahat etdiyi bildirilib.

Elm adamları istər-istəməz insanların məruz qaldığı gurultunun birbaşa sinir sisteminə təsir etdiyini, ifraz olunan hormonun da damarlara təzyiq göstərdiyini və bununla da yüksək təzyiq, diabet və ürək xəstəlikləri kimi narahatlıqların yaranmasına səbəb olduğu bildirilib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...