Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Alimlər həyəcan təbili çalır - Toyuğun bu hissəsini qızartmayın, XƏRÇƏNG yaradır

Ət məhsullarının insan orqanizmində müxtəlif xəstəliklər yaratması barədə məlumatlar dolaşır.

Tpyuq əti ən çox istifadə edilən ət məhsuludur. Belə ki, xaricdən gətirilən və yerli məhsulumuz olan  toyuq ətinin dərisi xərçəng xəstəliyinin yaranmasına səbəb olduğu bildirilir. İnkişaf etmiş ölkələrdə toyuğun tez böyüməsi üçün ona müxtəlif hormonlar vururlar. Nəticədə toyuq 20-30 günə böyüyür.  Vurulan hormonların qalığı olan zəhər isə toyuğun dərisinə yığılır. 

Toyuğun dərisini yeyən kişilərdə prostat və bağırsaq xərçənginin, qadınlarda isə döş vəzi xərçənginin yaranma ehtimalı böyükdür. Qeyd edək ki, uşağa süd verən analar bu sıraya daxil deyillər. Yəni onların döş xərçənginə tutulma faizi sıfıra bərabərdir.    

Ölkə bazarına daxil olan məhsulların hamısı yoxlanılır. Sərhədi keçməmişdən əvvəl ərzaqlardan nümunə götürülür və Respublika Baytarlıq Komitəsində analiz edilir. Özü də məhsulun müayinəsi 16 istiqamətdə aparılır. Müayinələr nəticəsində toyuğun dərisində hormonal preporatlar aşkar olunmayıb. Yəni toyuqlara vurulan hormonlar normadan artıq deyil".  Y.Xanvəli  toyuq dərisində doğrudan da xərçəng xəstəliyinin yaranmasına təsir edə biləcəyi ehtimalını istisna etmədi. Mərkəzi Klinik Xəstəxananın onkoloqu Azər Quliyev hazırda xərçəngin erkən yaşlarda təsadüf olunduğunu qeyd edir: "Xərçəngin cavanlaşmasının səbəbləri sırasında konserogen maddələrlə (hava ilə udduğumuz zəhərli maddələr) yanaşı qidalanma faktoru da rol oynayır. 

Hormonlar vurularaq 40 günə böyüdülmüş toyuqların budlarının və dərisinin xərçəng yaratma ehtimalı çox yüksəkdir. Ona görə də toyuq budlarını və dərisini yeməkdən, ümumiyyətlə, ət məhsullarının istifadəsindən qaçmaq məsləhətdir".

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...