Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ağrılarınızdan dərmansız bu üsulla xilas olun - DİQQƏT

Ağrıkəsici istifadə etmədən baş, boğaz, qulaq ağrısından və ürək bulantısından xilas ola bilərsiniz.

Metbuat.az xəbər verir ki, bunun üçün akupunktura müalicə metodundan istifadə edə bilərsiniz. Bu metod Çində alternativ tibb kimi geniş yayılıb.

Baş ağrısı və boyun tutulması üçün

Əgər başınızın sağ hissəsində ağrı hiss edirsinizsə, sağ orta barmağınızın ən uc və iç qisminə barmağınızla təzyiq göstərin. Başınızın sol tərəfi ağrıyırsa, eyni üsulu sol barmağınıza tətbiq edin. Əgər başınızın hər iki tərəfi ağrıyırsa, başqa birindən yardım alaraq hər iki barmağınıza təzyiq göstərin.

Mədə bulantısı üçünBəzi insanlar xüsusilə, nəqliyyatda uzaq səfərlər etdikləri zaman mədə bulantısından əziyyət çəkirlər. Əgər belə probleminiz varsa, şəkildə gördüyünüz hissəni bulantı gedənə qədər ovun.

Qulaq ağrısı üçün

Əgər qulağınız ağrıyırsa, üzük və balaca barmağınızın fotodakı hissələrinə təzyiq göstərin.

Boğaz ağrısı üçün

Boğazınız ağrımağa başlayıbsa, baş barmağınızın ortasındakı hissəyə xəfif təzyiq edin.

Qeyd edək ki, sadaladıqlarımız alternativ tibb üsullarıdır. Elmi cəhətdən sübutunu hələ ki, tapmayıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...