Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Xərçəng metastazlarına qarşı effektiv dərman tapıldı

Kaliforniya Universitetinin alimləri bədxassəli şişlərə paklitaksel preparatının çatdırılması üzrə yeni metod hazırlayıb. Tədqiqat qrupu bu birləşməni metastazın formalaşmasına yol açan onkogen EphA2-ni hədəfə alan 123B9 molekulu ilə birləşdirib.

Mynews.az xəbər verir ki, bu barədə “MedicalXpress” məlumat yayıb.

Xərçəngdən əziyyət çəkən pasiyentlər başlıca olaraq şişli metastazlar ucbatından vəfat edir. Hələlik xərçəngin ikinci dərəcəli ocaqlarının formalaşmasına qarşı effektiv müalicə vasitəsi yoxdur. Halbuki qüsurlu hüceyrələrin qan və limfa ilə digər toxumalar və orqanlara yayılması bir sıra birləşmələrdən, o cümlədən EphA2 onkogenindən asılı olur.

Tədqiqatçıların sözlərinə görə, preparatla əlaqəli EphA2 bir növ troyan atı rolunu oynayaraq, dərmanı tez parçalanan bədxassəli hüceyrələrə çatdırır və onun yayılmasına əngəl olur. Bu halda ocağa daxil olan 123B9 aqonisti hüceyrənin xaricində olan onkogenin daxilinə sovrulur və parçalanır.

Bu öz növbəsində insanın qan-damar sistemində sirkulyasiya edən qüsurlu hüceyrələrin miqdarını əhəmiyyətli dərəcədə azaldır.

Süd vəzisi xərçəngindən əziyyət çəkən siçanlar üzərində aparılan təcrübələrdən məlum olub ki, təkcə paklitaksellə müalicə olunan gəmiricilərdən fərqli olaraq, qeyd olunan preparat kombinasiyasının yeridildiyi siçanların ağ ciyərlərində metastazlar meydana gəlməyib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...