Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Həkimlər bu barədə niyə susur? - Xərçəng xəstəliyinin dərmanını tullantı kimi bayıra atırıq

Dünyanın bir çox ölkələrində  xərçəng  xəstəliyinin müalicəsində  türkəçarə üsulu kimi alma və  ərik tumlarından istifadə geniş yayılıb.

Lakin daha sonra müxtəlif tibb  jurnalları bunun elmi əsasının olmadığını, alma və ərik  tumlarının tərkibində  sianist kalium zəhərinin olması barədə məlumatlar yaydılar. Boğulan saman çöpündən yapışar  deyiblər – xərçəng xəstəliyinə  düçar olan insanlar da  tibbdən  fayda olmayanda istənilən bir üsulla özlərinə çarə etməyə çalışırdılar və bu tumların  tərkibində zəhər olması barədə informasiya insanlarda çaşqınlıq yaratdı.

Bu tumların tərkibindəki maddə əslində sianid kalium deyil, amiqdalin adlanır.

Bəs amiqdalin nədir?

Bir çox insanlar məhz bu amiqdalinə görə daha doğrusu onun xərçəng xəstəliyinə faydalı olduğuna inandıqlarına görə aylar uzunu hər gün onlarla alma tumu yeyirlər və zəhərlənmirlər.Bəs nə üçün?

Amiqdalin 4 molekuldan ibarətdir. Onlardan ikisi qlükoza qalan ikisi sianid və benzaldehid molekullarıdır
Son adı çəkilən iki maddə yalnız xərçəng hüceyrələrinin tərkibində ayrıla bilirlər, əks təqdirdə amiqdalinin tərkibindən ayrılmırlar, qlükoza bu vəziyyətdə tələ rolunu oynayır. Xərçəng hüceyrələrindəki mövcud fermentlər , yəni beta qlükozidazlar sağlam hüceyrələrdə olmur. Beta qlükozidazlar amiqdalini blokadaya alaraq xərçəng hüceyrəsinin tərkibinə ölümcül toksinlər buraxmağa kömək edirlər. Amiqdalin yalnız xərçəng hüceyərləri tərəfindən mənimsənilir. Sağlam hüceyrələr bunu etmir. Xərçəng hüceyrəsi olmayan hüceyrələrin əksəriyyəti rodanez adlı digər fermentə malik olurlar.
Rodanezin köməyi ilə azad sianid molekulları kükürd molekulları ilə birləşərək təhlükəsiz sianat maddəsi yaradırlar və bu da sidik vasitəsi ilə orqanizmdən xaric olur. Yəni, bəzi mənbələrdə bədənin az miqdarda sianid zəhərini həzm etməsi barədə yayılan məlumat yalandır, burda söhbət oqrqanizmin amiqdalinə olan reaksiyasından gedir.

Böyük əzcazçılıq firmaları isə bu barədə susurlar. Çünkü  bu onların biznesinə böyük zərbə vura bilər.

Şaftalı tumunda olan Laetril və ya B17 adlı maddə xərçəngi müalicə edə bilər.

Laetril və ya B17  maddəsinin tərkibi 1952-ci ildə San -Fransiskoda yaşayan professor Ernst Krebb tərəfindən öyrənilib. Alim sübut etmişdi ki, ərik tumunun tərkibindəki maddələr xərçəng hüceyrələrini məhv edir. Doktor Con Riçardson isə bir neçə xərçəng xəstəsini bu üsulla müalicə edərək metodun səmərəli olmasını sübut etmişdi.

1971-ci ildə Sloun Ketterinq institutunda saxta tədqiqat aparılaraq bu maddələrin ziyanlı olduğu barədə açıqlanma verildi və doktor Riçardson bu açıqlamanın da faktlara əsaslanmadığını sübut etdi.

Sloun Ketterinq institutunun əməkdaşı Ralf Moss Laetril maddəsi barəsində yalan danışmaq istəməyib  məxfi materialları Doktor Qriffinə verdi. Bu məxfi materiallarda ərik tumundakı maddənin xərçəng hüceyrələrini məhv etməsi barədə material yer alırdı. Bu metodla müalicə zamanı sadəcə bir şərt var – əsla şəkər qəbul etmək olmaz.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...