Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Siz nədən əziyyət çəkirsizsə, gicitkən məhz onun dərmanıdır - VİDEO

Daha çox yaz payız aylarında bitən gicitkəndən insanlar həm dərman kimi, həmdə qazanc mənbəyi kimi istifadə edirlər. Kənd sakinləri bundan təsərrüfatlarında da istifadə edirlər. Cücələrə hazır yem kimi verilən gicitkən onların tez bir zamanda böyüməsinə şərait yaradır.

Həm dərman kimi istifadə olunur, həmdə dadlı təamlar bişirilir.Yol kənarlarında bitir,amma min bir dərdin dərmanıdır.

Mynews.az xezerxeber.az-a istinadən bildirir ki, susevər bitki həm payız həm də yazın əvvəllərində bitir.Kənd yerlədində yerli sakinlər Gicitkandan müxtəlif xəstəliklərin mülaicəsində geniş istifadə edirlər.

Bundan başqa sözügedən bitkidən müxtəlif təamların hazırlanmasında da istifadə olunur.Müxtəlif tərəvəzlərin qovrulması ilə hazırlanan yeməklərə gicitkan xüsusi dad təravət verir.

Dəmyə şəraitində bitən bitki yığıldıqdan sonra dəstə halına salınaraq paytaxt eləcə də digər bazarlarda satışa çıxarılır.

Kənd sakinləri bundan təsərrüfatlarında da istifadə edirlər. Cücələrə hazır yem kimi verilən gicitkən onların tez bir zamanda böyüməsinə şərait yaradır.Tərkibi vitaminlərlə zəngin olan gicitkən Dəmir çatışmazlığı eləcə də eləcə də oynaq xəstəliklərində də istifdə olunur.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...