Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Hamilə qadınlar üçün qadağan olunmuş 7 MƏHSUL

Hamiləlik çox məsuliyyətli dövrdür. Ananın sağlam və tamdəyərli qidalanması dölün normal inkişafına çox ciddi təsir edir.

Lakin bəzi məhsullar var ki, onların istehlakı hamiləlik zamanı yolverilməzdir və dölün inkişafına ziyan vura bilər. Mynews.az saglamolun.az-a istinadən bu məhsulların siyahısını təqdim edir:

1. İstənilən spirtli içkilər. Alkoqol dölün inkişafına olduqca mənfi təsir edir, müxtəlif anadangəlmə qüsurlarına səbəb ola bilər.

2. Çiy balıq. Buna əsasən müxtəlif suşi və roll kimi yeməklər aiddir. Çiy balıqda listeriya mikrobu ola bilər ki, bu mikrob hamiləlik zamanı dölə çox ciddi ziyan vura bilər.

3. Pasterizə olunmamış süd və ondan hazırlanmış süd məhsulları, pendir kiflə.

4. Çiy yumurta. Bunun səbəbi salmonelyoz infeksiyasının riskidir ki, bu infeksiya dölün inkişafında ciddi pozulmalar yarada bilər.  

Bəzən hamilə qadınlara immun sistemini möhkəmləndirmək məqsədi ilə çiy bildirçin yumurtasını içməyi tövsiyə edirlər ki, bildirçin yumurtasında təhlükəli salmonella mikrobu olmur. Lakin burada da müəyyən risk var.

5. Ev konservləri (müxtəlif şorabalar, salatlar, kompot, leço və s.). Bu kimi qidalar botulizmə səbəb ola bilər ki, bu da həm ananın, həm dölün sağlamlığı və hətta həyatı üçün ciddi təhlükə yaradır.

6. Ekzotik meyvə və tərəvəzlər.

Hamiləlik hər hansı yeni, heç zaman dadmadığınız meyvə və ya tərəvəzi dadmaq üçün uyğun dövr deyil. Mövsümi və yaşadığınız ərazi üçün xarakterik olan meyvə və tərəvəzlərə üstünlük verilməlidir.

7. Bəzi balıq növləri (yırtıcı balıqlar, süni şəkildə yetişdirilən balıqlar).

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...