Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Qarın əridən qidalar - SİYAHI

Amerikalı elm adamlarının apardığı araşdırmalar zamanı bəzi qidaların göbək əritməyə və qarın əzələsinə müsbət təsiri olduğu müəyyənləşib.

Mynews.azlent.az-a istinadən yağ yandıran və maddələr mübadiləsini sürətləndirən həmin qidaları təqdim edir.

Maddələr mübadiləsini sürətləndirən qırmızı bibər, həm də damarlardakı pis yağların təmizlənməsinə kömək edir.

Sarımsaq toxluq hissini uzun müddət saxlayır.

Toxluq hissini qoruyub saxlayan yumurta maddələr mübadiləsini sürətləndirir və yağın əriməsini təmin edir.

Yaşıl çay bədəndə yağların toplanmasına əngəl olur. Lazım olduğundan çox qəbul etmədiyiniz müddətdə həzmi sürətləndirmək təsirinə malikdir. Bu çay vasitəsilə arıqlaya bilərsiniz.

Portağal , limon, qreyfurt kimi C vitaminli qidalar yağın daha sürətlə əriməsinə, orqanizmdən xaric olmasına kömək edir.

Bananın tərkibindəki potasium maddələr mübadiləsini sürətləndirir, köpün qarşısını alır.

Maddələr mübadiləsini sürətləndirib artıq çəkilərə səbəb olan yağları bədəndən atmağa kömək edən qatıq, həm də həzm sistemini asanlaşdırır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...