Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Kişi xəstəliklərinin əsas - 5 SİMPTOMU

Mynews.az saglamolun.az-a istinadən sizə kişi xəstəliklərinin ən əsas və xarakterik simptomlarını təqdim edir.

Bu simptomları hər bir kişi bilməli və onlar meydana çıxdıqda vaxt itirmədən həkimə (uroloq və ya androloqa) müraciət etməlidir.

1. Cinsiyyət orqanlarında istənilən dəyişikliklər (şişkinlik, qızartı; səpgilər; vəz, bərkimiş sahələr, genişlənmiş damarların əmələ gəlməsi və s.).

2. Hərəkət, sidik ifrazı, cinsi əlaqə zamanı ağrılar.

3. Sidik ifrazının pozulmaları (tezləşmiş sidik ifrazı - xüsusilə gecə saatlarında; sidik ifrazının çətinləşməsi - sidik axınının zəif, qırıq-qırıq olması, damcı-damcı sidik ifrazı; sidiyi ifraz edə bilməmək və ya əksinə saxlaya bilməmək halları, sidikdə qan).

4. Sidik kanalından (uretra) qeyri-təbii ifrazatlar - iyli, qanlı, irinli, yaşıl və s., spermanın qeyri-ixtiyari axması.  

5. Cinsi zəiflik, müxtəlif ereksiya pozulmaları.      

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...