Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Yeni qorxulu virus yayıldı - Bağırsaq qripi

Norveçin Hardangervidda milli parkında 30 turist təxliyə olunub.

Mynews.az Trend-ə istinadən xəbər verir ki, bu qərara norovirusun yayılması səbəb olub.

Qeyd olunur ki, Norveçin Turizm Assosiasiyası xəstələnmiş turistlərin olduğu kotteclərdə gigiyena nəzarəti üçün tədbirlər həyata keçirir.

Turistlərin sağlamlıq vəziyyəti barədə məlumat verilməyib.

Qeyd edək ki, "bağırsaq qripi" kimi də tanınan norovirus yüksək temperatur, qusma və mədə-bağırsaq pozğunluğu ilə müşayiət olunur.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...