Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Köklüyün səbəbləri açıqlandı - Mütəxəssislərdən XƏBƏRDARLIQ

Əksər insan üçün köklük dərddir. Son zamanlar isə piylənmədən əziyyət çəkənlərin sayı artıb.

Mynews.az medicina.az-a istinadən bildirir ki, mütəxəssislər köklüyə səbəb olan amilləri açıqlayıblar:
 
Kifayət qədər su içməmək - Əksər insan çay və ya qəhvə içir. Ancaq alimlər bunların suyu əvəzləmədiyini qeyd ediblər. Qəhvə içənlər isə mütləq şəkildə bol maye qəbul etməlidirlər. Əks halda qəhvə vücuddakı suyu azaldır. Bu isə hormonal pozğunluğa gətirib çıxarır. Nəticədə isə köklük yaranır.
 
Fiziki aktivliyin az olması -  Müasir insanlar günün bir çox hissəsini oturaq vəziyyətdə keçirir. Bədən çəkisini normada saxlamaq üçün insan mütləq fizki aktivliklə məşğul olmalıdır. Əks halda artıq çəki qaçılmazdır.  
 
Meyvələrdən az qəbul edilməsi - Mütəxəssislərin fikrinə görə, meyvə-tərəvəz yeməyən və ya az yeyən insanlarda 1 il ərzində 5-10 kq artıq çəki yığmaq təhlükəsi var. Hər meyvə və tərəvəzi mövsümündə yemək vacibdir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...