Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Üzünüz sədəf kimi hamar olacaq - SADƏ MASKA

Adətən xəmir yoğuranda istifadə edilən yaş mayanın dərini hamarlaşdırdığını bilirdinizmi?

Mynews.az ailem.az-a istinadən üzünüzü sədəf kimi hamar edəcək maya maskalarını təqdim edir.

Maya yüksək faizdə protein, B6 vitaminlərinə malik olduğu üçün dərinin təzələnməsini və qalıq maddələrdən təmizlənməsini təmin edir.

Südlü maya maskası

1 xörək qaşığı yaş maya

1 xörək qaşığı süd

Hazırlanması: 

Şüşə kasada qarışdırın və masaj edərək bütün üzünüzə vurun. Maska quruduqda ilıq su ilə təmizləyin.

Sadə maya maskası

2 xörək qaşığı yaş maya

1 xörək qaşığı ilıq su

Bunları qarışdırıb, sızanaqlarınız çox olan yerə vurun. Maska tamam quruyanda ilıq su ilə isladın və ovalayaraq maskanı təmizləyin.

Qatıqlı maya maskası

1 çay qaşığı yaş maya 

1 çay qaşığı qatıq

Verilənləri qarışdırın. Qara nöqtə, dəri ləkələri olan yerlərə qalın bir şəkildə sürtün və qurumasını gözləyin. Daha sonra ilıq su ilə təmizləyin.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...