Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Nikaha daxil olmaq istəyən 9 nəfərdə QİÇS aşkar olundu

Azərbaycanda nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi tətbiq olunduğu andan bu ilin fevral ayının sonuna qədər 249 050 nəfər müayinədən keçib.

Mynews.az  xəbər verir ki, Səhiyyə Nazirliyindən Report-a verilən məlumata görə, fevral ayında müayinədən keçən 440 nəfərdə talassemiya daşıyıcılığı, 49 nəfərdə sifilis, 9 nəfərdə isə QİÇS aşkar olunub.

Qeyd edək ki, "Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında" Qanunun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktları təsdiq ilə əlaqədar, 1 iyun 2015-ci il tarixindən etibarən nikaha daxil olmaq istəyən vətəndaşlar mütləq tibbi müayinədən keçməlidirlər. Tibbi müayinənin keçirilməsi və məsləhətlərin verilməsi pulsuz aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...