Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İnsanı öldürən xəstəlik - İNFARKT - Çiyində ağrılar, göynəmə, təngnəfəslik...

Dünyada ürək-damar xəstəlikləri ölümə səbəb olma baxımından birinci sıradadır. Bu xəstəliklər ölkəmizdə də çox yayılıb. Xüsusilə də, infarkt.

Bu barədə Metbuat.az-a açıqlamasında həkim-kordioloq Afiyyədin İsgəndərov bildirib ki, infarkt ürəyi qidalandıran ana damarlardan birinin çox daralması, trombla tutulması nəticəsində ürək əzələsinin müəyyən nahiyəsinin ölməsidir. İnfarktın ilk əlaməti döş qəfəsində olan ağrılardır. Həmçinin, döş sümüyü arxasında sol tərəfdə çiyinə, qola verən ağrılar, təngnəfəslik, fiziki hərəkət zamanı olan ağrılar 15-20 dəqiqədən artıq davam edərsə, fiziki hərəkət zamanı məcburi hərəkətsizlik yaranarsa, döş sümüyünün arxasında yandırma, göynəmə varsa, təcili yardım çağırmaq lazımdır. İlk 5-10 dəqiqə ərzində kardioqrama çəkilməlidir.

İnfarkt riski daşıyan insanlar kimlərdir?

Həkimin sözlərinə görə, energetik içkilər qəbul edən gənclər, idmançılar xüsusilə, tennis, karate, futbol və basketbolla məşğul olanlar, yüksək risk qrupuna isə narkotika aludəçiləri daxildir. Əksəriyyət ürəyin aşağı divarında baş verən ağrını mədə-bağırsaq ağrısı hesab edir. Mədə ağrısı ilə yanaşı tərləmə, təngnəfəslik və s. əlamətlər varsa kardioloji müayinədən keçmək lazımdır. Risk qrupları arasında şəkərli diabet və yüksək hipertoniyadan əziyyət çəkən xəstələr də var. Statik işemiya dediyimiz simptomp var ki, bu zaman xəstə heç bir əlamət hiss etmir. Bu vəziyyət xəstələri yüksək risk qrupuna daxil edir. Ona görə də, insanlar ən azı 3 aydan bir kardioloji müayinələrdən keçməlidirlər.

Ürək-damar xəstəliklərindən qorunmaq üçün qidalanmağınıza diqqət edin

Yağlı, duzlu, qızardılmış qidalardan imtina edin. Un məmulatlarının və şirin qidaların qəbulunu azaldın. Yağlı süd məhsullarını (yağlı pendir, xama, qaymaq və s.) yağlılığı daha az olan süd məhsulları ilə əvəz edin (kəsmik, yoqurt, kefir və s.). Bağırsaqların fəaliyyətinə fikir verin, qəbizliyiniz varsa, müalicə edin. Bunun üçün qidalanmanızda hər gün meyvə-tərəvəz, göyərti olmalıdır. 

İnfarkt olan şəxsə ilk tibbi yardım necə göstərilməlidir?

Həkim-kardioloq deyib ki, infarkt olan şəxs dərhal yerə uzadılmalıdır. Tromblaşmanın qarşısını almaq üçün aspirin vermək lazımdır. Mütləq təcili yardım çağırın. Yardım gələnə qədər kliniki ölüm baş versə, ürək masajı etmək olar.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...