Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Qazlı içki içənlər, DİQQƏT - Ürək-damar problemi yaradır

Havanın tempraturunun yüksəlməsi ilə birlikdə insanların mayeyə olan tələbatı artır.

İçdiyimiz bəzi içkilər orqanizmə adi suyun təsir etdiyi kimi müsbət təsir göstərmir. Mütəmadi istifadə hətta orqanizmdə qalıcı fəsadlara belə yol açır. Bu sular sırasında qazlı içkilər öndə gəlir.

Kimya üzrə elmlər doktoru Əli Yaqubov Metbuat.az-a açıqlamasında bildirib ki, qazlı sulara vurulan karbon qazı insan orqanizminə zərərlidir:

“Mədəsində turşuluğu çox olan adamara qazlı içkilər ziyandır. Çünki həmin suyun tərkibində turşuluq olur. Qazlı içkilər ürək-damar problemi yaratmaqla yanaşı, bədəndəki kalsiumun miqdarını azaldır. Bu içkilərdən hər gün istifadə etmək düzgün deyil. Xüsusən də yaşlı insnlara bu içkilərdən istifadə etmək məsləhət görülmür”.

Dietoloq-həkim Leyla Zülfüqarlı isə qeyd edib ki, “səhv qidalar” dediyimiz cərgədə qazlı içkilər birinci yerdə gedir:

“Bu içkilər çox ziyanlıdır. Çünki ilk növbədə tərkibində süni şəkildə qazlaşdırılma baş verir. Karbon oksidi ora ekstradan əlvə olunur. Bu da insanların davamlı içməsini rahatlaşdırır, içdikcə içilir. Qazlı sular bir neçə qrupa bölünür. Adi qazlı içkilər, mineral içkilər, biri də energetik içkilər. Adi qazlı suda ziyanlı cəhət sadəcə suda olan karbon qazıdır. Mineral qazlı suların içilməsini tövsiyyə etmişəm. Lakin adi qazlı sularla yanaşı, mineral sularda da qaz çıxarılmalıdır. Çünki o qaz sünidir. O, suyun tərkibinə insanları sərinlətmək, içməni asanlaşdırmaq və ticari maraqlar naminə vurulur. Karbon oksidi orqanizmə üçün yararsız bir qazdır. O, suyun saxlanılması üçün yaxşıdır, amma oqranizmaya düşməsi tövsiyyə edilmir. Onun ağzını açdığımız zaman qısa vaxt kəsiyi ərzində çıxır və orqanizmə 2 addım hidrogen, 1 addım oksigendən ibarət maddə daxil olur. Bu da sudur. Suyun tərkibində də insan orqanizmi üçün lazım oan minerallar var.

Energetik qazlı içkilər isə ümumiyyətlə ziyandır. Əslində, həmin içkilər energetik deyil, enerji sovuranlardır. Tərkibindəki şəkər, kofein qısa zaman kəsiyində orqanizmaya çox təsir bağışlayır. Sanki “fast food” effekti verir. Həmin içkilər orqanizmin bütün enerji resurslarını istifadə etdiyi üçün insanda enerji qalmır. Ona görə də, bu içkilərə enerji sovuranlar deyirəm. Bəzi enerji içkilərin tərkibində “gemo” əsaslı tərkiblər var. Onlar suni dadvericidir. Onlar yalnız və yalnız aldadıcı təsirə malikdir.

Bu tövsiyyələrimizdən insanlar faydalansa, biz də inkişaf etmiş avropa ölkələrində olduğu kimi süfrə sularından istifadənin nə qədər vacib olduğunu görəcəyik. Yerli minelarl süfrə sularından istifadə olunsa, orqanizma üçün daha yaxşı təsir bağışlayar. Ona görə, öz sularımızdan içək və daha sağlam olaq”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...