Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

ŞOK! - Günabaxan tumları radiasiyalıdır? - VİDEO

ARB TV-nin "Günə doğru" verilişində günəbaxan tumları haqda maraqlı süjet yayımlanıb. 

Milli.Az bildirir ki, ölkədə satışda olan günəbaxan tumlarında insan sağlamlığı üçün təhlükə törədə biləcək maddə aşkar olunub. Bununla bağlı sosial şəbəkələrdə məlumatlar yer alıb. İddia olunur ki, yerli şirkətlər tərəfindən satışda olan günəbaxan tumlarının əksəriyyəti Ukraynanın Çernobıl ərazisində yetişdirilir. Şəhərdə apardığımız sorğu zamanı bəlli oldu ki, bu tumların mənşəyi haqqında narahatlıqlar var.

Sakin: "Çox nadir hallarda baxıram istehsalçının kim olmasına. Elə marketdən alıram açıram çırtlayıram".

Sakin: "Boş vaxtım olanda çırtlayıram. Alanda heç fikir vermirəm".

Sakin: "Marketlərdə çox vaxt reklamda gördüyümüz olur. Ona görə reklamda bəyəndiyimi alıram. Bilirəm pis bir şeydir. İstehlakçının kim olmasını bilmirəm, amma neyniyək?"

Tum istehsalçıları da xammalın Rusiya və Ukraynadan gətirildiyini etiraf edir. Yəni, ölkədə yetişdirlən tumun satışından söhbət gedə bilməz. Azərbaycanda yetişdirilən günəbaxan tumları dənlik üçün istifadə olunur. Bu məhsullardan əhali yox, heyvandarlıq təsərrüfatları yararlana bilər. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov belə faktların olduğunu deyir ancaq konkret hansı regionlardan gətirilməsi isə müəmma olaraq qalır.

Eyyub Hüseynov - (AİB sədri): "Əlbəttə, dövlət orqanları yoxlamalar aparır, radiasiya səviyyəsi araşdırılır. Ancaq istisna edilmir ki, bu cür tumlar gəlsin Azərbaycana. Sahibkarlar yaradılan şəraitdən sui-istifadə edir".

Birlik sədri, ümumiyyətlə, bu cür məhsulların reklam olunmasının heç də düzgün hal olmadığını deyir. Tərkibində orqanizim üçün lazımi minerallar olsa da bəzən çox istifadəsi asıllıq da yarada bilir. Həkimlər radiasiyanın orqandan sovrulub çıxması üçün 10-15 il vaxt lazım olduğunu deyir.

İstənilən halda radiasiyaya məruz qalmış günəbaxan tumları məsələsi hələlik fərziyyədir. Ancaq bir fakt var ki, günəbaxan tumlara bugünkü gün ən çox istehlak olunan məhsullardan sayılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...