Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Siqaret çəkənlərin nəzərinə - Ağciyərinizin hansı vəziyyətə düşdüyünə baxın - VİDEO

ABŞ-ın Şimali Karolina əyalətindəki bir tibb bacısı olan Amanda Eller, bir siqaret aludəçisinin düzgün nəfəs ala bilmədiyini göstərmək üçün xərçəng xəstəliyinə tutulan bir şəxsin ağciyərlərinin düzgün şəkildə şişmədiyi və daha sonra boşala bilmədiyini videoya çəkərək internetdə paylaşıb.

İnternetdə 5 min dəfə paylaşılan şəkillər 20 ildir gündəlik siqaret çəkənlərin ağciyərləri ilə sağlam ağciyərlər arasında fərqi göstərir. Xəstə insanın ağciyəri daha sonra sağlam, qırmızı bir ağciyərlə müqayisə edilir. Göründüyü kimi, sağlam ağciyərlərin normal boşalır. Tibb bacısı Amanda Eller 5-dən çox izlənən videonun daha çox insana çatacağını ümid edir.

Mütəxəssislər tərəfindən gündə bir paket siqaret çəkən bir adamın bədənində 20 il boyunca təxminən 7 kiloqram qatran yığıldığı, onların içində xərçəngə səbəb olan 63 növdə maddənin də olduğu bildirilib.

Xatırladaq ki, siqaret ağciyər xərçənginə yoluxma riskini 23 dəfə artırır və ağciyər xərçəngi xəstəliyindən ölənlərin 87 faizini siqaret çəkənlər təşkil edir. 

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...