Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Mütləq uzaq durun - Xərçəngin ən çox sevdiyi qida

Xərçəng ən çox nəyi sevir? Həkimliyə namizəd bütün tələbələr Otto Varburqun kəşfini öyrənir. Varburq 1930-cu illərdə xərçəng xəstəliyinin biokimyəvi səbəbini, yəni sağlam hüceyrə ilə xərçəng hüceyrəsi arasındakı fərqi tapıb. Bu önəmli kəşf sayəsində Otto Varburq Nobel mükafatı qazanıb.

Otto Varburqun fikrincə, xərçəngin bir əsas səbəbi var. Bu da orqanizmin sağlam hüceyrələrinin oksigenli tənəffüsünün oksigensiz – anaerob tənəffüslə yer dəyişməsidir.

Varburqun kəşfi bizə başqa nələr deyir? Birincisi, xərçəng normal hüceyrələrdən daha fərqli metabolizə edilir. Sağlam hüceyrələrə oksigen lazımdır. Lakin xərçəng hüceyrələri oksigendən qaçır.

Bu kəşfdən sonra xərçəngin fermentasiya prosesi ilə metabolizə edilməsi aşkar edilib. Xərçəngin metobolizması sağlam hüceyrə metobolizmasından 8 dəfə çoxdur.

Bütün bunları birləşdirəndə ortaya belə bir cədvəl çıxır:

Orqanizm xərçəngi qidalandıran zaman normadan daha çox işləyir. Xərçəng həmişə acdır və orqanizmdən qidalanmağı tələb edir. Qidalanma dayandırılsa, xərçəng aclıqdan ölməyə başlayacaq. Təbii ki, qidalanmaq üçün bədənin şəkər istehsalını təmin edə bilməsə...

Bu sindroma kaşeksi deyilir. Kaşeksi orqanizmin züllalardan şəkər əldə etməsidir. Həmin şəkər xərçəngi qidalandırır. Orqanizm xərçəngi o qədər çox qidalandırır ki, sonda özü ac qalır.

Xərçəngin şəkərlə qidalandığı öyrənəndən sonra bədəni bilərək bu cür zəhərləmək məntiqlidir?

Bu gün xərçəngə qarşı tətbiq edilən bir çox pəhriz var. Həmin pəhrizlərdə karbonhidrat baxımından zəngin qidalara yer yoxdur. Həmçinin xəstənin şəkərlə də əlaqəsi tamamilə kəsilir.

Həkimlərin bizlərə bu həqiqətləri niyə demədiyini bilmirik. Bəlkə Otto Vasburqu tanımırlar. Və ya onun kəşfindən xəbərsizdirlər. Hətta 1978-ci ilə qədər ABŞ-ın rəsmi orqanları qidalanma ilə xərçəng arasında heç bir əlaqənin olmadığını iddia edirdi.

Hazırda Minnesota Universiteti kemoterapiya sahəsində “ağıllı bomba” hazırlayır. Ağıllı bomba dediyimiz bu dərmanın üzərində örtük var. Dərman bədəndə oksigensiz bölgə görən kimi həmin örtükdən çıxır və xərçəngi yox etmək üçün kemoterapiyanı onun üstünə göndərir. Çünki bədənimizdəki yeganə oksigensiz yer xərçəngli bölgədir.

Sırf xərçəng hüceyrəsini ac saxlamaq üçün də pəhrizlər var. Xəstə xərçəngin nə sevdiyini bilirsə, onlardan uzaq durur. Məsələn, çiy qidalara nisbətən bişmiş qidalar xərçəng hüceyrəsi üçün əvəzolunmazdır. Bişmə prosesi yeməkdəki vitaminləri, fermentləri yox edir. Bir də, xərçəngin şəkər sevdiyini heç vaxt unutmayın. Xərçəngi sevmirsinizsə, onu qidalandırmayın.

Son 200 il ərzində şəkər istehlakı necə artıb?

1815-ci ildə İngiltərədə adambaşına düşən şəkər istehlakı illik 5 kq ikən, 1970-ci ildə 50 kiloqrama çatıb. Həmçinin ABŞ vətəndaşları əvvəlki illərlə müqayisədə hər il 100 litrdən çox şəkərli içkilər içiblər.

Azərbaycanda da vəziyyət çox da fərqli deyil. Böyüklü-kiçikli hər kəs şəkər, konfet, unlu məmulatları çılğınca yeyir. Bu statiskalar isə xərçəngin niyə belə sürətlə artdığını açıq-aşkar göstərir.

Sadaladığımız tədbirləri görsəniz, xərçəngin qarşısını az da olsa ala bilərsiniz:

Un və şəkərdən uzaq duraraq, insulinə qarşı müqavimət göstərin.

İçində az da olsa şəkər olan içkilər içməyin.

Qablaşdırılmış və əlavələri olan yeməkləri yeməyin. Daş dövrü pəhrizlərini tətbiq edin.

Bol və təzə meyvə-tərəvəz yeyin.

Günəbaxan, qarğıdalı, pambıq və marqarin yağlarından uzaq durun. Yerinə zeytun, kərə, quyruq yağları yeyin.

Kefir, qatıq, sirkə, nar turşusu kimi probiotiklərlə zəngin qidalar yeyin.

Sərbəst gəzən heyvanların ət və yumurtalarını yeyin.

Qutu südlərdən uzaq durun. Süd yerinə qatıq, pendir yeyin.

Hər gün bir diş sarımsaq və ya bir ədəd baş soğan yeyin.

Gün ərzində 1-2 qaşıq sarıkök tozu istifadə edin.

Yaşıl və qara çay için. (Şəkərsiz!)

Stressdən uzaq durun.

Yaxşı yatın.

Siqaretdən uzaq durun.

Vitamin D səviyyəsini yüksəltmək üçün normal günəş qəbul edin və ya D vitamini əlavəsi edin.

Kifayət qədər idman edin.

Spirtli içkiləri həddindən artıq içməyin.

Yeməkləri ənənəvi üsullarla – buxarda bişirin.

Mikrodalğalı sobadan uzaq durun.

Daha çox gildən, şüşədən hazırlanan və mis qalaylı qablara üstünlük verin.

Emal edilmiş və polad qazanlar ikinci yerdədir.

Teflon və alüminiumdan isə qətiyyən istifadə etməyin.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...