“Uşaqlara çiyələk və alça verməyin!” - XƏBƏRDARLIQ
May ayı gələr-gəlməz çiyələk, alça artıq satışa çıxarılır. Qiymətləri baha olsa da, iştahı çəkən və alıb yeyənlər də az deyil. Ancaq hamımız bilirik ki, hazırda satışda olan çiyələk və alça təbii şəkildə yox, istixanada yetişdirilib.
Mynews.az aləm.az-a istinadə xəbər verir ki, bu meyvələrin sağlamlığa ziyanı bilinsə də, bəzi valideynlər azyaşlı uşaqlarına alıb yedizdirməkdən ehtiyat etmirlər. "Uşaqdır, tamahı çəkdi, alıb verdim” kimi bəhanələri də var. Süni yetişdirilən məhsulların "zəhərlənmə” təhlükəsini nəzərə alan isə yoxdur.
Bu haqda tanınmış pediatr Vaqif Qarayevin fikirlərini öyrənib. Həkim valideynlərə hazırda satılan çiyələk və alçanı yedizdirməməyi məsləhət görür.
Hər iki giləmeyvənin faydalarını inkar etməyən V.Qarayev deyir ki, hazırda satışda olan çiyələk və alçanı uşaqlara vermək olmaz: "Uşaq orqanizmi üçün faydalı olan bu giləmeyvələri mövsümündə yemək lazımdır. İndi satışda olan çiyələk və alça istixana məhsuludur. Çiyələyin daha da qırmızı, alçanın böyük olması üçün mütləq tərkibinə kimyəvi maddə vurulub. Süni yolla yetişdirildiyində isə çiyələk və alçanın faydasından əsər-əlamət qalmır. Ancaq vaxtında, təbii yolla yetişdirilən çiyələk və alça sağlamlığa faydalıdır. Tərkibi vitamin və mikroelementlərlə zəngin olan bu giləmeyvələr diş əti, mədə-bağırsaq, ürək qan-damar, tənəffüs sistemi problemlərinə qarşı çox faydalıdır. Odur ki, hər meyvəni vaxtında yemək lazımdır”.
Süni yolla yetişdirilən istənilən məhsulun sağlamlığa zərərli olduğunu vurğulayan V.Qarayev əlavə edib ki, hər bir meyvə-tərəvəz təbii yolla yetişəndə onun orqanizmə faydalarından yararlanmaq mümkün olur: "Süni yolla yetişdirilən qida sadəcə qəşəng görünüşə malik olur, dadı isə yoxdur. İstixanada süni yolla yetişdirilən məhsullar mədə-bağırsaq sistemini pozur, allergik problemləri kəskinləşdirir”.
Pediatr qeyd edib ki, indi bazarlara nəzarət yoxdur: "Baxırsan ki, bazarda satılan pomidorlar qıpqırmızıdır. Axı necə ola bilər ki, mayda pomidor o cür qızarsın?! Bir qidanı nə qədər optimal temperaturda saxlasan belə, tərkibinə kimyəvi maddə vurulmasa, o cür qızarmaz. Hər kəs bunun təhlükəsindən xəbərdar olmalıdır”.
V.Qarayev vurğulayıb ki, əsasən 2 yaşdan sonra uşaqlara çəkinmədən çiyələk və alça, eləcə də onlardan hazırlanmış kompotlar vermək olar: "İndi uşaqlar allergiyalı dünyaya gəldiyindən valideynlər onlara şirin qida verməkdən ehtiyat edirlər. Çiyələk allergiyaya səbəb olan giləmeyvə olduğundan, əvvəlcə uşağın çiyələyə qarşı allergiyasının olub-olmadığı yoxlanmalıdır. Yoxdursa, verilməsində heç bir problem yoxdur. Bəzi düşüncələrə görə də, uşağa 5 yaşından sonra kompot verilə bilər. Amma 5 yaşdan öncə də kəm şirin kompotlar vermək olar”.
Sağlamlıq
- Yaya qədər arıqlamağın ən asan yolu
- Koronavirus ömrü qısaldır - ARAŞDIRMA
- Qızılca ilə bağlı vəziyyət stabildir - TƏBİB
- Qızılca ilə bağlı xəbərdarlıq - Bu şəxslər ağır keçirir, ölümlə nəticələnir
- Məktəblərdə qızılcaya qarşı hansı tədbirlər görülür? - Nazirlikdən açıqlama
- Azərbaycanın bu rayonunda qızılca xəstəliyi yayılıb - Xəstəxanaya 60-a yaxın müraciət
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 985 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 958 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 947 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 947 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 944 dəfə oxunub