Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Kartofu qabığını soyaraq bişirənlər - DİQQƏT!

Tərəvəzlərin qabıqlarını soymağa adət etmişik. Ancaq mütəxəssislərin fikrincə, bu, düzgün deyil. Çünki bəsləyici maddələrin əksəriyyəti məhz elə qabıqda toplanır.

Dietoloq Məri Ceyn Detroyer tərəvəz qabıqlarının faydalarını izah edib. Onun sözlərinə görə, xüsusilə də rəngli qabığa malik tərəvəzlər əsl lif mənbəyidirlər. Məsələn, xiyarın yaşıl qabığı antioksidan və K vitamini ilə zəngindir.

Kartofu qabığının faydaları

Kartofun qabığı isə kartofun özündən daha çox dəmir, kalsium, potasium, maqnezium, B6 və C vitamini ehtiva edir. Bu səbəbdən də Detroyer kartofu qabığı ilə birlikdə bişirməyi məsləhət görür.

Eyni zamanda, kartofun qabığındakı antioksidanlar sərbəst radikallarla mübarizə aparmağa yardımçı olur. Ürək xəstəliklərinin əsas səbəblərindən bir də məhz sərbəst radikalların artıqlığıdır.

İnsanların əksəriyyəti böcək preparatlarından qorxduğu üçün kartofun qabığını soymağa üstünlük verir. Detroyer kartofu yaxşı yumaqla bu problemi həll etməyi təklif edir.



Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...