Ramazanda nəfəs qoxusunun qarşısını almaq üçün mütləq bunları edin
Ağız qoxusu və ya nəfəsin pis olması hər yaşda bir çox insanın qarşılaşdığı bir problemdir. Sosial həyatdan, özəl həyata qədər bir çox şeyə təsiri olan pis nəfəsi yox etmənin təbii və asan yolları var.
Metbuat.az xəbər verir ki, edilən araşdırmalar hər 4 adamdan birinin bu problemdən əziyyət çəkdiyi görülmüşdür. Bəzən ağız qulluğuna əməl etdikdə belə bu problemlə qarşılaşmaq olur.
Təbii vasitələrdən ağız qoxusunu təzələməyə kömək edəcək dərman hazırlamaq mümkündür. Bunun üçün 1 yemək qaşığı soda, 1 yemək qaşığı bal, 1-2 yemək qaşığı darçın tozu, 1 stəkan isti su və 2 ədəd limon suyunu bir qaba töküb qarışdırın. Limon nəfəsi təravətləndirir, darçın və balın isə antibakteriyal və antimikrobiyal xüsusiyyətləri vardır. Karbonat təmizləyici xüsusiyyətə malikdir. Buna görə də ağız təmizliyi üçün hazırlanan bu qarışım mükəmməl bir kombinasiyadır.
Bundan başqa dişləri vaxtında fırçalamaq, diş fırçasını hər 3-4 ayda bir dəyişdirmək, bol- bol su içmək də ağız təmizliyi üçün əhəmiyyətlidir. Şəkərsiz saqqız çeynəmək, keşniş, nanə yarpaqları, mixək kimi bitkilər də ağız qoxusun qarşısını alır.
Sahur zamanı suya limon suya damladın və ağzınızı bu su ilə yaxalayın. Sahurda mixək, darçın və ya yaşıl çay yarpağı çeynəmək də ağız qoxusunun qarşısını alır.
Sağlamlıq
- Yaya qədər arıqlamağın ən asan yolu
- Koronavirus ömrü qısaldır - ARAŞDIRMA
- Qızılca ilə bağlı vəziyyət stabildir - TƏBİB
- Qızılca ilə bağlı xəbərdarlıq - Bu şəxslər ağır keçirir, ölümlə nəticələnir
- Məktəblərdə qızılcaya qarşı hansı tədbirlər görülür? - Nazirlikdən açıqlama
- Azərbaycanın bu rayonunda qızılca xəstəliyi yayılıb - Xəstəxanaya 60-a yaxın müraciət
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 913 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 597 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 588 dəfə oxunub