Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Albalı yedikdən sonra tumlarını atmayın - Xərçəngin dərmanıdır?

Albalı mövsümü gəldi, sağlamlıq üçün faydalı olan bu meyvənin faydası daha çox tumlarındadır. Qədimdən vişnə tumlarından müxtəlif xalq təbabəti reseptlərdə istifadə olunardı.

Tumların tərkibində bir çox meyvələrin çəyirdəyində olduğu kimi Amiqdalin maddəsi çoxdur. Məhz bu maddə çəyirdəyə acı dad verir.

Mədə şirəsinin təsiri ilə amiqdalin qlükoza və sinil turşusuna ayrılır. Sinil turşusu tumun nüvəsində çoxdur və toksikidir, yəni zərərlidir.

Badam və əriyə nisbətən vişnədə bu toksiklik az-0,9%-dir.

Əgər vişnə tumu ortadan bölmədən, çəyirdəyi sındırmadan yeyilsə, sinil turşusu orqanizmə düşmür. Mədədə tum bölünməyəcək, əriməyəcək və çəyirdək demək olar ki, bağırsaqdan bütöv şəkildə xaric olacaq.

Çox mütəxəssislər və həkimlər insanları sinil turşusu ilə zəhərlənməkdən ehtiyatlı olmağa çağıraraq, hətta vişnə kompotu və mürəbbəsi qəbul etməkdən də çəkindirir. Çox insanlar vişnənin məhz bu toksikiliyinə görə uzaq durur və tumundan qorxur. Amma aparılan araşdırmalar göstərdi ki, kompot, şirə və mürəbbədə tumlarda sinil turşusu yoxdur. Çünki bu məhsullar qaynadıldığından təhlükə aradan qalxır.

Albalı tumu xərçəngin dərmanıdır- Mif, yoxsa reallıq?

Amiqdalin – həm də B17 vitamini kimi məşhurdur və onun haqqında əfsanələr dolaşır. Son zamanlar B 17-nin xərçəngin dərmanı olması barədə fikirlər yazılır. Hətta çox alimlər dünyada elan etdilər ki, ərik çəyirdəyi yeyən adamlarda xərşəngə yoluxmur. Ərik çəyirdəyində də Amiqdalin yüksək dərəcədədir.

Lakin bu yöndə aparılan elmi tədqiqatlar bu fikri təsdiq etmədi və əksinə, FDA təşkilatı rəsmi olaraq Amiqdalin tərkibli preparatların yüksək toksiki təsirinə görə qəbulunu qadağan edib.

Lakin xalq təbabəti və qeyri-ənənəvi təbabətin biliciləri bu rəsmi mövqe ilə razılaşmayaraq, öz təcrübələrini aparmış və B17-nin zərəri barədə farmakoloji şirkətlərin bilə-bilə yanlış rəy verdiyini bəyan etmişdilər. Qısacası farmakoloji imperiya xərçəngin dərmanını tapmaqda maraqlı deyil və bu işdə güclü olan çəyirdək, B17 məsələsini bilə-bilə səhv yola yönəldib.

Lakin ümumilikdə xalq təbabətində vişnə tumlarından bir çox xəstəliklərdə istifadə olunmaqdadır.

- Podaqra

- Anemiya

- Böyrək, sidik kisəsi daşı

- Şəkərli diabet

- Pnevmoniya

- Avitaminoz

- Oynaq xəstəlikləri

Rusiyada vişnə tumlarından uşaqlar və böyüklər üçün kisələr, yastıqlar, isidicilər, hətta oyuncaqlar da hazırlanıb.

Albalı tumu doldurulmuş kisəciklərlə masaj olunub, tum doldurulmuş yastıqda yatıblar. Belə yastıq və kisələr immuniteti qaldırır, soyuqsdəymədə masaj olunur, sanki ev həkimidir.

Albalı tumundan içmək üçün dərmanın hazırlanması:

5 qr zədəsiz, bütov tumların üzərinə 200ml qaynar su alınır, 15 dəqiqə dəmlənir, sonra süzülür. Hazır dəmləmə gündə 2 dəfə 10 ml içilir.

Bu üsulla kompreslər və ayaq vannaları da etmək olar.

Uşaqlarda imminuteti qaldırmaq üçün tumları dəsmalın üzərinə sərib, döşəməyə qoyur və uşaq, hətta böyüklər bu tumların üzərində ayaqlarını 10 dəqiqə masaj edərək gəzir. \\Medicina.az

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...