Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bu çay orqanları sıradan çıxarda bilər - çox içməyin!

Antioksidantlarla zəngin olan yaşı çay ölümdən başqa hər dərdin dərmanı sayılır.

Belə hesab olunur ki, məhz yaşıl çayın istehlakı əfsanəvi Şərq uzunömürlülüyünün sirridir.

Lakin nəzərə almaq lazımdır k, bir çox digər faydalı məhsullar kimi yaşıl çayın də həddindən artıq istehlakı insan sağlamlığına ziyan vura bilər.

Nyu-Cersi Dövlət Universitetinin (ABŞ) alimləri sübut edir ki, yaşıl çayın çoxlu miqdarda istehlakı qaraciyər və böyrəyin fəaliyyətinə ciddi mənfi təsir edə bilər.

Mynews.az saglamolun.az-a istinadən bildirir ki, mütəxəssislər gündə 2-3 fincan yaşıl çay içməyi tövsiyə edirlər. Bundan çox miqdarda içildikdə yaşıl çayın tərkibində olan polifenol maddələr orqanizmdə toplanaraq qaraciyər və böyrəyin sağlamlığına ziyan vura bilər.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...