Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İftardan sonra çay içənlərin nəzərinə - Mədənizdə bu problemlər yarana bilər

İftarda nə yeyib-içdiyimiz kimi, sonradan nə qəbul etdiklərimiz də önəmlidir. Mütəxəssislər iftardan sonra çay içənlərə xəbərdarlıq edirlər.

Mynews.az "Ölkə.Az"-a istinadən xəbər verir ki, mədə problemi olan insanlar çayla birlikdə bir çox qidanı qəbul etməməlidirlər.

Mynews.az Ramazanda iftar və sahur zamanı həddən artıq yemək yemək və səhv qidalanma mədə problemlərinə səbəb ola bilər. Uzun müddətli aclıqdan sonra mədəni doldurmaq həzm prosesinə çətinlik yaradır. Mədənin boşalma müddəti uzanır və həzm üçün ifraz edilən turşunun miqdarı artır. Gün ərzində işləyənlər isə iftardan sonra yatmağa ehtiyac duyurlar. Bütün bunların nəticəsində isə Qastro-ezofageal reflyuks xəstəliyi ortaya çıxır və ya daha da şiddətlənir. Xəstəliyin qarşısını almaq üçün bunları etmək lazımdır:

Gündəlik kalori ehtiyacından çox qida qəbul etməmək;

İftar və sahur arasında bir neçə dəfə qida qəbul etmək, bir dəfəyə ifrat qida qəbulundan qaçmaq;

İftarı su və ya şorba kimi maye qidalarla açmalı. Bunlar bitdikdən sonra 15-20 dəqiqə gözləyib digər qidalara keçmək;

Qidanı yaxşı-yaxşı çeynəmək və sürətli yemək yeməmək;

Yeməyi çeynəmək isə tüpürücək ifrazına səbəb olur. Yemək borusu və mədənin iç səthini döşəyən örtüyü mədə turşusuna qarşı qoruyur;

Qastro-ezofageal reflyuks xəstəliyinə səbəb olan yağlı yeməklər, qızartmalar, acılı-ədavalı yeməklər, qəhvə və dəmli çay, qazlı içkilər, siqaret və spirtli içkidən uzaq durmaq lazımdır;

İftar və sahurda yeməkdən sonra yatmamaq, 2-3 saat gözləmək lazımdır;

Bu xəstəliyə görə həkimin məsləhət gördüyü dərmanları iftar və sahurda qəbul etmək lazımdır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...