Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“600-700 bal toplayanların əlləri, başları əsir, dilləri söz tutmur…”

Bir neçə gün əvvəl deputat Zahid Oruc Milli Məclisin iclasında kifayət qədər ciddi bir problemə toxundu. Millət vəkili məktəblərdə təhsil alan şagirdlərin sağlamlığı məsələsini gündəmə gətirərək bildirdi ki, uşaqların əksəriyyətinin gözü zəifdir və onlar eynəkdən istifadə edirlər. Bundan başqa, Z. Oruc şagirdlərin boy və çəkilərinin də yaşlarına adekvat olmadığını bildirdi. O,  bunun immunitet zəifliyindən qaynaqlana biləcəyinə diqqət çəkərək, qida rasionunda dəyişiklik məsələsinə baxılmasını təklif etdi.

Mynews.az medicina.az-a istinadən bildirir ki, məsələ ilə bağlı danışan Azərbaycan Tibb-Terapevtik  Klinikasının pediatrı, professor Surxay Musayev bildirib ki, bəstəboyluluq və arıqlıq hələ xəstəliklərdən xəbər vermir: "Burada genetik faktorlar da var. Elə uşaqlar var ki, ailədə ata, ananın da boyu qısadır, astenik (arıq)  bədən quruluşuna malikdirlər. Ona görə də arıq və bəstəboy uşaqlarda parametlər yoxlanılır, ürək qan-damar sistemi, böyrəklər, ağciyərlər, mərkəzi sinir sisteminin tam normal  fəaliyyət göstərdiyi aşkar edilirsə, demək ki, problem yoxdur. Hərənin bir norması var. Ondan artıq keçə bilməz.Əksik də patologiya sayılır".

Onun sözlərinə görə, ümumilikdə uşaqlarımız arasında astenik quruluşa malik, boyu qısa olanlar çoxdur. Bunun da bir çox səbəbləri var:

"Birincisi, indiki uşaqlar, xüsusilə, məktəb yaşlıların əlavə hormonik inkişafına  vaxtları az qalır. Dərs yükü həddən artıq çoxdur. Çünki müəllimləri elə düşünürlər ki, bu uşaq ancaq onun fənnini oxuyur. Uşağa 5 gün istirahət verib, o qədər dərs yükləyirlər ki, bu istirahət burnundan tökülür. Onların idmana, musiqi öyrənməyə, gəzintiyə, təmiz havada olmağa, bəzən normal qidalanmağa belə vaxtları qalmır. Ona görə məsələnin köklü həllini məktəblərdə görürəm. Dərs proqramları qaydaya salınmalıdır. Uşaqlar öz çəkilərindən artıq çanta daşıyırlar. Nə qədər skaliozlar(onurğa əyriliyi), sümük deformasiyaları əmələ gəlir. Bunlar aradan qaldırılmalıdır. Ətraf mühit, ekologiya, havanın çirklənməsi  - hamısı uşaqların sağlamlığına öz mənfi təsirini göstərir".

Həkim xarici praktikadan da missal gətirib. Bildirib ki, onun nəvələri Cenevrədə oxuyub, amma orada aşağı siniflərə bu ağırlıqda çanta daşıtmırlar:

"Nəvələrimin dərs kitabları məktəbdə qalırdı. Dərs 12-ə qədər olurdu, sonra 2-yə qədər fasiləyə çıxırdılar. 2-dən 4-ə qədər yenidən dərs olurdu. Fasilədə uşaq məktəbdə də qidalana bilərdi, evə də apara bilərdilər.Uşaqlar məktəbə böyük həvəslə gedirdi. Deyirlər ki, tətil verməyək. Onda öldürək uşaqlarımızı. 600-700 balla universitetə daxil olanların sağlamlığına baxın. Əlləri, başları əsir, dilləri söz tutmur. Belə nəsillə hara gedə bilərik?! Gəlin yay, ara tətillərini də ləğv edək, uşaq 24 saat oxusun. Kimə lazım olacaq sağlam olmayan gənc nəsil"?

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...