Dərini cavanlaşdıran və gözəlləşdirən qidalar
Mynews.az axşam.az-a istinadən dərinizi cavanlaşdıran və gözəlləşdirən qidaların siyahısını təqdim edir:
1. Somon balığı - bu balıq malik olduğu Omeqa-3 yağ turşuları ilə dərini quru görünüşdən xilas edir və günəş şüalarının zərərləri təsirindən qoruyur.
2. Kök - yüngül turşulu dərilərdə bakteriya az olur. Kök dərinin turşuluq miqdarını nizamlayır və bakteriyalardan qoruyur.
3. Avokado - yağla zəngin olan bu meyvə eyni zamanda dəriyə müsbət təsir edən B qrupu vitaminlərinin ən yaxşı qaynağıdır.
4. Paxla - antioksidantla zəngin olan paxlalar dərinin qırışmasını gecikdirir və dərinin cavan qalmasına kömək edir.
5. Üzüm - üzümün içindəki antioksidantlar həm infarkt riskindən qoruyur, həm də dəri sallanmalarına qarşı anti-aging təsiri göstərir.
6. Su - dərinin canlı və gözəl olması üçün lazım olan nəmi təmin edir.
Sağlamlıq
- Koronavirus ömrü qısaldır - ARAŞDIRMA
- Qızılca ilə bağlı vəziyyət stabildir - TƏBİB
- Qızılca ilə bağlı xəbərdarlıq - Bu şəxslər ağır keçirir, ölümlə nəticələnir
- Məktəblərdə qızılcaya qarşı hansı tədbirlər görülür? - Nazirlikdən açıqlama
- Azərbaycanın bu rayonunda qızılca xəstəliyi yayılıb - Xəstəxanaya 60-a yaxın müraciət
- Mütəxəssislər xəbərdarlıq edir - Mədəniz çox yeməkdən partlaya bilər
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- “Nar” ilə səyahətdə WhatsApp-da pulsuz yazış! 966 dəfə oxunub
- Emin Ağalarov söz verdi 966 dəfə oxunub
- Moskvada daha bir DƏHŞƏT 964 dəfə oxunub