Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Dietoloq Fuad Məcidovdan Ramazan məsləhətləri - VİDEO

VIP Style Estetik Klinikasında çalışan həkim-dietoloq Fuad Məcidov, oxuculara öz Ramazan məsləhətlərini verib.

Mynews.az-ın məlumatına görə, Dr. Məcidov ilk öncə Ramazan ayı münasibəti ilə xalqını təbrik edib, daha sonra oruc tutanlara Ramazanı problemsiz keçirmələri üçün məsləhətlər veriblər.

Həkimin sözlərinə görə İmsak süfrənizdə  insanı daha uzun zaman tox saxladığı üçün protein tərkibi yüksək yumurta və pendir mütləq olmalıdır. Pomidor, xiyar və göy-göyərti də süfrədə yer almalıdır.

Orucu su, xurma və mütləq şorbayla açın. Əsas yeməkdə ət, toyuq, balıq, şorba, ətli və ya zeytun yağında bişirilmiş səbzəyə üstünlük verin. Yeməyinizi mərci, noxud, yarma ilə zənginləşdirə bilərsiniz.

Fuad Məcidov sonda hər kəsi qarşıdan gələn Ramazan bayramı münasibəti ilə təbrik edib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...